Uralda KTMT-nin hərbi təlimləri keçiriləcək

0
469

Kollektiv Təhlükəsizlik Təşkilatına (KTMT) üzv ölkələrin 1115 hərbçisi Uralın Yekaterinburq şəhəri ətrafında keçiriləcək “Sarsılmaz dostluq 2018″adlı hərbi təlimlərdə iştirak edəcək.

Mediainfo.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Mərkəzi hərbi dairəsinin yaydığı məlumatda deyilir. 30 oktyabr-3 noyabr tarixlərində baş tutacaq hərbi təlimlərdə 1115 əsgər və zabit, 300 ədəd hərbi texnika, 25 qırıcı təyyarə iştirak edəcək. Hərbi təlimlərdə Orta Asiyada sülhü təmin etmək və bu məqsədlə hərbi əməliyyat keçirilməsi taktikası sınaqdan çıxarılacaq. Hərbi təlimlərə Rusiya Mərkəzi hərbi dairəsinin komandanı rəhbərlik edəcək.

 

 

 

 

BIR CAVAB BURAXIN