General Levon Mnatsakanyan təmas xəttində yaralanıb?

0
603
 

Qondarma “DQR”in “müdafiə naziri”, general-leytenant Levon Mnatsakanyan təmas xəttində yaralanıb və hospitala yerləşdirilib.

Virtualaz.org xəbər verir ki, bu barədə bir sıra erməni KİV-ləri məlumat yayıblar. Lakin “DQR müdafiə nazirliyi”nin nümayəndəsi Senor Həsrətyan “Novosti Armeniya” agentliyinə açıqlamasında bu informasiyanı təkzib edib, “dezinformasiya” adlandırıb.

Erməni qaynaqları xəbər verir ki, Mnatsakanyan martın 15-də təmas xəttinin Xocavənd istiqamətində olub, “Azərbaycan ordusunun kəşfiyyat-diversiya qrupunun həmləsinin qarşısını alan” hərbçiləri mükafatlandırıb.

BIR CAVAB BURAXIN