Ukraynanın Rusiya ilə əsəb müharibəsi davam edir

0
471

 

Başa çatmaqda olan 2016-cı ildə Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşları Rusiyanın 523 vətəndaşının ölkəyə girişinə qadağa qoyub. Onların arasında 61 jurnalist var. “Yeniavaz.com”un RİA Novostiyə istinadən verdiyi məlumata görə, Rusiya vətəndaşlarına qoyulan qadağaya səbəb onlardan gələn təhlükə olub. Təsadüfi deyil ki, Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşalrının ölkəyə girişinə qadağa qoyduğu Rusiya vətəndaşları arasında 44 hərbi qulluqçu da var. Bundan əlavə Ukrayna 20 xarici ölkə vətəndaşını ölkənin təhlükəsizliyini təhdid etdiyi üçün deportasiya edib. Ümumilikdə isə bu ilin 11 ayı ərzində 1374 xarici ölkə vətəndaşının Ukrayanaya girişinə qadağa qoyulub. Onlardan 394-nün Ukraynanın təhlükəsizliyini təhdid etdiyi bildirilir. Xatırladaq ki, ötən il Ukrayna Təhlükəsizlik Xidməti ölkənin təhlükəsizliyini təhdid etdiyi və təxribatla məşğul olduğu iddiası ilə Rusiyanın 115 Kütləvi informasiya vasitəsinin akkredasiyasını ləğv edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

sixteen − 14 =