MKİ şefindən “cavab zərbəsi endirməyin” xəbərdarlığı

0
602

 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan Rusiyadan edilən haker hücumlarına münasibətdə düşünülməmiş addımlar atılmasının təhlükəli olduğunu bildirib. “Yeniavaz.com”un RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Brennan Trampın seçkiqabağı kampaniyası zamanı Rusiyadan edilən haker hücumuna analoji cavab verilməsinin xoşəgəlməz nəticələrə gətirib çıxara biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, Rusiyanın kiberhücumuna cavab zərbəsi endirməkdənsə ona qarşı güclü müdafiə tədbirləri görmək və mövcud sistemin tam təhlükəsizliyinin təmin edilməsinə yönələn tədbirlər həyata keçirilməlidir: “Belə hesab edirəm ki, düşmənin bizə qarşı istifadə etdiyi kiber hücuma analoji cavab verməyə ehtiyac yoxdur. Biz öz ölkəmiz, demokratiyamız uğrunda mübarizə aparırıq. Bizə qarşı çirkin metodlardan istifadə edənlər bununla da özlərinin və ölkələrinin miskin simalarını nümayiş etdirirlər”,-deyib.

BIR CAVAB BURAXIN