İngilisləri dəhşətə gətirən casus türk İlyas

0
974

Düz 70 il əvvəl axşam saatlarında Ankaradakı İngiltərə səfirliyinin dəhlizindən bir şəxs kölgə kimi sürətlə səfirin otağına daxil oldu. Səfir həmin an dərin yuxuda idi. Həmin şəxs əvvəlcə səfirin yataq otağındakı iş masasına baxdı, daha sonra diplomatın çantasını səssizcə açaraq məxfi sənədləri götürdü. O, həmin sənədləri nisbətən işıqlı otağa apardı. İngiltərə səfiri yuxuda gülümsəyərkən, müffətiqlərin müharibə planı, məxfi müzakirələrin nəticələri haqda sənədlər artıq fotoapartın yaddaşına köçürülmüşdü.

Arazinfo.com Teleqraf.com-a istinadən xəbər verir ki, bu hadisə II Dünya Müharibəsinin ən ağır dönəmlərində baş verib. Bunu edən isə İlyas Bazna idi. Söhbət dünya tarixinə ən gülməli casus kimi düşən türkiyəli çekistindən gedir.

İlyas Banza necə Çiçero oldu?

İlyas Bazna alban mənşəli Türkiyə vətəndaşı idi. 1904-cü ildə doğulan İlyas Bazna heç bir işdə uğur qazana bilməmişdi. Almaniyanın Ankaradakı səfirliyindən işdən qovulduqdan sonra İngiltərənin Ankaradakı səfirliyində arxiyepiskop kimi işə götürülmüşdü. Casusluq fəaliyyətinə başladığı zaman 40 yaşlarında idi. Lakin Fransa həbsxanasındakı sərgüzəştləri onu daha yaşlı göstərirdi.

Həmin gün İlyas Bazna ilk casusluq fəaliyyətinə başladı. O, İngiltərə səfirinin çantasından əldə etdiyi məxfi sənədlərin sürətini Almaniya səfirliyinə apardı. Bir zamanlar burada işlədiyi üçün səfirliyinin müşavirlərindən olan Albert Janke ilə görüşmək istədi. Janke o zaman səfirliyin ən önəmli simalarından biri olmaqla yanaşı, həm də faşist Almaniyasının Xarici İşlər naziri Robbentropun bacısı ilə evli idi.

Alman səfirliyinə gələn İlyas Baznanın məqsədi çox sadə idi: İngilis səfirindən əldə etdiyi məlumatları 20 min funt sterlinqə nasistlərə satmaq.

Baznanın gətirdiyi informasyalar alman səfirliyində araşdırıldı və dərhal ona 20 min funt sterlinq ödəndi. Həmin gün gecədən səhərə qədər alman səfirliyində işıqlar sönmədi. İlyas Baznanın sayəsində 52 mühüm və məxfi informasiya faşist Almaniyası diplomatlarının əlinə keçmişdi. Bunlar elə önəmli informasiyalar idi ki, almanlar belə buna inanmırdılar. Türkiyədə olan İngiltərə agentlərinin siyahısı, İngiltərə ilə Türkiyə arasında əldə edilən məxfi razılaşmalar, SSRİ-nin müttəfiqlərindən tələbləri, silah və təchizatla bağlı hər şey bu məxfi informasiyaların içində yer alırdı.

Elə həmin gün almanlara özünü Pierre olaraq tanıdan bu casusa Çiçero kod adını verdilər. Məxfi informasiyalar dərhal Berlinə göndərildi. Çiçeroya istifadə etmək üçün makina və fotoaparat verildi. Bununla da İlyas Bazna həmin gün Çiçero adı ilə yeni informasiyalar gətirməyə və buna görə hər dəfə 15 min funt sterlinq almağa razılaşdı.

Musiqiçi, avtomobil alverçisi və kəşfiyyat agenti

İlyas Bazna İngiltərə səfirliyində “polad kabinet” deyilən otağın şifrəsini, hətta səfirin ən dəyərli sənədləri yataq otağında saxladığını da bilirdi. Səfirlikdə iş bitdikdən və sakitlik yarandıqdan sonra Bazna informasiyaları masanın üzərinə düzərək fotolarını çəkməklə işini davam etdirirdi. İngilis səfir ona pianoda ifa edən və mahınılar oxuyan bu incə və sakit insandan əsla şübhələnmirdi.

Ancaq məxfi informasiyalar gəldikcə Baznanın almanlardan pul tələbi artırdı. Məhz bu səbəbdən də səfir Von Papen Berlinə göndərdiyi mesajda açıq yazırdı ki, yeni məxfi kəşfiyyat məlumatı istənilirsə, əvəzində Ankaraya pul göndərilməlidir. Berlindən səfirə gələn cavab isə konkret idi: pul göndəriləcək.

Sofiya bombalanacaq

Almanlar Çiçeronun onlara çatdırdığı informasiyaların nə dərəcdə doğru olduğunu yoxlamaq üçün SSRİ-nin Almaniya işğalında olan Bolqarıstanın paytaxtı Sofiyanı bombalayacağı haqda məxfi məlumatla bağlı cavab tədbirləri görmədilər. Və SSRİ Sofiyanı bombalayandan sonra Berlin Çiçeronun gətirdiyi informasiyaların nə dərcədə etibarlı olduğunu müəyyən etdi.

Çiçero vasitəsi ilə almanların əlinə keçən bilgilər o qədər əhəmiyyətli idi ki, almanların özü çaşqınlıq içində idi. Məxfi informasiyalara ABŞ Prezidenti Ruzveltin İngiltərə Baş naziri Çorçill və Çin lideri ilə görüşləri, orada müzakirə edilən məsələlərdən tutmuş Türkiyə Baş naziri İnönü ilə Ruzvelt arasında Qahirədə baş tutan məxfi görüşə qədər bir çox məsələlər daxil idi.

Daha ciddi bir məlumat isə 1944-cü ildə almanların geri çəkilməyə başlaması, məğlubiyyətin qapıda olduğu günlərdə Berlinin Türkiyənin xarici siyasətini dəyişməsinə nail olması idi. Bu da sözsüz ki, Çiçeronun almanlara sızdırdığı məxfi informasiya sayəsində baş vermişdi. Çiçeronun almanlara verdiyi bir sənəddə “mütəxəssis” adı altında çoxlu sayda ingilis hərbçinin Türkiyəyə gətirilməsi və Türkiyə üzərindən uçaraq almanların Rumuniyadakı Dobruca neft təssisatlarının vurulması planları barədə idi. Almaniya isə müharibədə Dobrucadakı neftə möhtac idi. Sənəddə Mərmərə dənizinin ingilis gəmilərinin üzünə açılması haqqında da bilgilər vardı.

İlas Türkiyə xarici siyasətini necə dəyişdi

Alman səfir Von Papen bu məxfi informasiyalardan istifadə etmək qərarına gəldi. Səfir Türkiyə Xarici İşlər naziri Numan Menemencioğlu ilə görüşü zamanı Türkiyə üzərindən Almaniyaya ediləcək hücuma qarşılıq olaraq İstanbul və İzmirin bombalanacağını bildirdi.

Türkiyə alman səfirin bu təhdidindən sonra İngiltərə ilə məxfi razılaşmadan qaçdı, ingiltərə hərbçiləri Türkiyəni tərk etdi.

Almanları son dərəcə narahat edən məsələ müttəfiq dövlətlərin Selanik üzərindən ikinci cəbhə açmaq planları idi. Bunun baş tutması halında Hitler Avropadakı bütün planlarını dəyişə bilərdi.

Bu mərhələdə İlyas Bazna özünə avtomobil almışdı, sevgilisi üçün modern ev kirayələmiş və bahalı geyimlərə meyl etməkdə idi. Ancaq qəribədir ki, Çiçeronun belə varlanması heç kimin diqqətini cəlb etməmişdi.

Berlində Çiçeronun informasiyaları incə şəkildə araşdırılırdı, ancaq Alman kəşfiyyat qurumları arasında da rəqabət mövcud idi. Çiçero kod adlı agentdən gələn bilgiləri kimi diqqətə alır, kimi isə almırdı. Üstəlik kəşfiyyat işində kim düzgün məlumatlar verirdisə, ikili oynayan şəxs kimi qiymətləndirilirdi.

Normandiyaya qoşun çıxarılacaq: tarixin istiqamətini dəyişin

Çiçero tərəfindən verilən bir fotonun üzərində ondan savayı başqa bir şəxsin əl izi aşkarlandıqda onun iki tərəfə işləyən agent ola biləcəyi düşünüldü. Bununla belə Çiçeronun gətirdiyi ən önəmli bilgilər arasında ABŞ-ın hərbi gücünün xeyli artması haqda məxfi məlumatlar var idi. Alman səfiri Vam Popen bu bilgilər sayəsində Almaniyanı məhv olmaqdan xilas etməyin mümkünlüyünü düşünürdü. Yalta konfransında müttəfiqlərin Almaniyanı çökdürmək, bütövlükdə məhv etmək qərarına gəldiyi anlaşılırdı. Baznanın əldə edərək, almanlara çatdırdığı məxfi informasiyalar bu baxımdan əhəmiyyətli hesab olunurdu. Amma Alman Baş Qərargahı Avropanın cənub-şərqindəki hərbi gücünə güvənərək, əldə edilən bu dəyərli informasiyalara əhəmiyyət verməmişdi.

İlyas Baznanın verdiyi informasiyalar o dərəcədə önəmli və əhəmiyyətli idi ki, almanların tarixin istiqamətini dəyişməsinə səbəb ola bilərdi. Çiçeronun almanlara çatdırdığı bir məlumatda ilk dəfə müttəfiqlərin Normandiyaya ordu çıxarmasıdan bəhs olunurdu. Almanlar bu məxfi informasiyanı diqqətə alsa və Normandiyada gərəkli tədbirlər görsəydi, nasist Almaniyasının ömrü düşünüldüyündən daha çox ola bilərdi.

Gestapo agentləri və saxta funt sterlinqlər

Bazna isə hər dəfə olduğu kimi Ankaradakı Almaniya səfirliyinə gedir və ya Alman gestapo agentləri ilə gizlicə görüşərək, informasiyanı pula dəyişdirirdi. Ancaq bu müddətdə İngilis və ABŞ məxfi xidməti də boş dayanmır, əldə etdikləri informasiya əsasında Ankarada kəşfiyyat zəifliyinin olduğunu bilirdilər. Müəyyən edilmişdi ki, Ankaradan nasistlərə məxfi informasiya sızdırılır. İngilis məxfi xidməti hətta Ankaraya gələrək bu işi araşdırdı, ancaq bu təhlükə belə İlyas Baznanı dayandıra bilmədi. Araşdırma zamanı İlyas Banza da sorğu-sual edilmişdi, ingilis kəşfiyyatı hesabatında onu dil bilməyən səfeh biri kimi xarakterizə etmişdi.

Çiçero üçün ən təhlükəli məqam isə nasist Almaniyasının Sofiyadakı səfirinin oğlunun Ankaradakı alman səfirliyindən gözlənilmədən işdən uzaqlaşması və Amerika səfirliyinə sığınması olur. Bu Çiçeronun sonunun çatması demək idi. Çünkli həmin şəxs İlyas Banzanın Çiçero kod adlı agent olduğunu açıqlaya bilərdi.

Çiçero istefa verir

Bu hadisədən dərhal sonra Çiçero İngiltərə səfirliyindəki işindən istefa verir. Beş ay ərzində almanlara məxfi informasiya daşıyan Çiçero fəaliyyətinin qarşılığında 300 min funt sterlinq qazanır. O, artıq bu pulla sakit həyatını təmin edə və xoşbəxt ömür sürə bilərdi. II Dünya Müharibəsi başa çatdıqdan sonra İlyas Banza İstanbula gələrək evlənir, özünə iş qurur. Əvvəl musiqi müəllimi, daha sonra ikinci əl avtomobil satışı işinə girişir. Lakin onun əsas hədəfi otel açmaq idi. O, türk ortağı ilə otel işinə girişir. Lakin polislər onun şərikinin ofisinə basqın edərək, otel inşaatı zamanı xərclənən pulların saxta funt sterlinq olduğunu müəyyən edirlər. Bununla da bəlli olur ki, almanlar İlyas Banzadan aldıqları məxfi və əhəmiyyətli informasiyalar qarşılığında ona saxta funt-sterlinqlər ödəyib. Artıq Çiçero yoxsul və tək qalmış casus vəziyyətinə düşür.

“Fağır” və açgöz agentin yeni planları

Ancaq İlyas Banza 1950-ci ildə onunla əlaqə saxlayan Almaniya səfirliyindəki gestapo agentinin xatirələrini mediada paylaşması ilə yenidən dünya gündəminə gəlir. Məhz bu xatirələrin ortaya çıxmasından sonra ingilislər harada tələyə düşdüklərini anlayır, illər sonra ortaya çıxan diplomatik skandal İngiltərə parlamentində ciddi müzakirə mövzusu olur. “Fağır” və açgöz Banza isə bu mərhələdə pul qazana biləcəyini düşünür. Bu məqsədlə də o, bir alman yazarın vasitəsilə xatirlərinin yayılmasını təmin etdi. Beləcə, Çiçeronun kitabı bir çox dillərə tərcümə olunur. Bu müddətdə Banza Almaniya dövlətinə müraciət edərək, təzminat tələb etməyə başlayır. Ancaq onun tələblərinə müsbət cavab verilmir. Banza xarici mediada ortaya çıxır, hər dəfə fərqli Çiçero obrazını canlandırırdı. Onun xatirələri hətta Holluvud rejissorlarının marağını səbəb olur və film çəkilməsi qərara alınır.

İlyas Banzanın Almaniyadan təzminat tələbi qəbul edilməsə də, onun Almaniyada yaşamaq istəyi qəbul olunur. Banzaya hətta əmək haqqı da kəsilir. 1970-ci ildə Münxendə vəfat edən Çiçero ölümündən sonra arxasınca böyük suallar buraxır.

Alman, yoxsa Türkiyə agenti müəmması

Necə olub ki, Çiçero dünyanın ən böyük casus şəhərlərindən biri sayılan Ankarada diqqət mərkəzinə gəlmədən böyük bir casusluq fəaliyyəti göstərə bilib? İngilislər keçmişdə Almaniya səfirliyində işləyən bir şəxsi sorğulamadan necə işə qəbul ediblər? Fransada velosiped oğurluğuna görə həbs edilən bir şəxsdən hansı səbəbdən heç bir səfirlik şübhələnməmişdi? Və ya tarixin səmtini dəyişdiriləcək Normandiya haqda məxfi informasiya daxil olmaqla bir çox əhəmiyyətli sirri otağından oğurladan İngiltərə səfiri cəzalandırılmaq əvəzinə necə oldub ki, Belçikaya səfir göndərilib?

Bu sualların cavabı indiyə qədər bilinmir. Çünki Çiçero hər dəfə belə suallara fərqli cavablar verirdi. O, kitabında təqdim etdiyi obrazına uymadan başları dumanlandıran bir ism olaraq tarixə qovuşdu.

Aradan uzun illər keçdikdən sonra Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) tərəfindən nəşr edilən və MİT tarixini anladan bir kitabda ilk dəfə bir etirafa rast gəlindi. Orada İlyas Banzanın o dövrdə MİT əməkdaşı olduğu qeyd edildi.

Agent Çiçero dünya casusluq tarixinin bəlkə də, ən ilginc və önəmli isimi idi. Alman Baş Qərargahı zamanında onun informasiyasına inansaydı, bəlkə də dünya tarixi dəyişə bilərdi. Çiçero elə bir təəccüblü casusluq fəaliyyəti görməsinə baxmayaraq, özü də aldanmışdı. Məhz bu səbəbdən də ona “dünyanın ən komik casusu” deyilə bilər.

İlyas Banza “nəyə görə bu işi etdin” sualına “pul üçün” cavabını verib.

İşlədiyi səfirliyə xəyanət edib-etmədiyi haqda suala isə Banza “bu mənim üçün şərəfdir” şərhini verməklə casusluq tarixinə adını yazdırıb.


Müəllif: Cavad

BIR CAVAB BURAXIN