Ukrayna rəsmən Rusiyanı işğalçı kimi tanıdı

0
685
Ukrayna Ali Radası “Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal olunmuş əraziləri üzərində Ukraynanın suverenliyinin təmin olunması üzrə dövlət siyasətinin xüsusiyyətləri haqqında” 7163 saylı qanun layihəsini qəbul edib.
Qanunun lehinə 280 deputat səs verib.
Qanunda Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının Rusiya tərəfindən işğal olunduğu bildirilir, Rusiya Federasiyası işğalçı dövlət kimi rəsmən tanınır. Ukraynaya vurulan maddi və mənəvi zərərə görə məsuliyyət Rusiyanın üzərinə qoyulur. İşğal altındakı ərazilərdə doğum və ya ölüm haqqında sənədlər istisna olmaqla, işğalçı administrasiyalar tərəfindən verilən bütün sənədlər etibarsız sayılır.
Qanun layihəsi ötən il oktyabrın 6-da ilkin oxunuşdan keçib. Bu il yanvarın 16-da layihə ikinci oxunuşda müzakirəyə çıxarılıb/APA.

BIR CAVAB BURAXIN