Bordobereliler Suriyada yeni hücuma hazırlaşır

0
596

Türkiyənin Suriyada həyata keçirdiyi “Fərat Qalxanı” əməliyyatının detalları ortaya çıxıb.
Publika.az xəbər verir ki, hərbi mənbələrdən “Habertürk”ə verilən məlumata görə, əməliyyatın nə qədər davam edəcəyi dəqiq deyil.
“PYD/YPG-nin atacağı addımlara qarşı Suriyanın daxili bölgələrinə doğru də hərəkət ediləcək. PYD/YPG Menbiç tamamilə boşaltmasa, xüsusi təyinatlı qüvvələr (bordoberelilər) hücuma keçəcək. Planlar şərtlərə görə qurulur. Hər cür müdaxiləyə hazırıq. Əsas məqsəd sərhəddə terrorçulardan təmizlənmiş, təhlükəsizlik bölgə yaratmaqdır”, – deyə hərbi mənbə qeyd edib.
Qeyd edək ki, Cerablusun İŞİD-ddən azad olunması əməliyyatında da “Bordobereliler” əsas yer tutub.

BIR CAVAB BURAXIN