ÜÇÜNCÜ DEVALVASİYA OLACAQMI?

0
356

Məlum olduğu kimi son günlərdə manat dollar qarşısında möhkəmlənib. Dolların hər gün bir az daha ucuzlaşması bir yandan da narahatlıqların yaranmasına səbəb olur.Hamının bildiyi kimi üçüncü devalvasiya Novruz bayramı ərəfəsində gözlənirdi. Artıq iki ay keçib və hələ də dolların qiymətində kəskin bahalaşma müşahidə olunmur.
Devalvasiya təhlükəsi çəkildimi, yoxsa bu sadəcə fırtına qabağı səssizlikdir?
Suallarımıza cavab axtarmaq üçün ekspertlərə müraciət etdik.

Samir Əliyev

İqtisadçı ekspert Samir Əliyev məsələ ilə bağlı bildirib ki, mən devalvasiya təhlükəsi görmürəm: “Əslində manatın güclənməsi üçün iqtisadi bir səbəb yoxdur, bu daha çox Mərkəzi Bankın atdığı inzibati metodların göstərcisidir. Düzdür ki, birinci devalsiyadan sonra ölkədə güclü dollarlaşma oldu və devalvasiya baş verdi. Məlum olduğu kimi, Azərbaycanda manata təzyiq göstərən əsas 2 amil var: Neftin qiyməti və kapital axını.
Həmin dövrdə neft ucuz oldu, güclü kapital axını baş verdi. Bu da təbii ki, manatı təzyiq altında saxlayırdı.
İndi kapital axını müəyyən qədər səngiyib, neftin qiymətində sabitlik var. Bu səbəbdən Mərkəzi Bank da bir tərəfdən manat kütləsini sıxıb.
Müşahidələr göstərir ki, dolların alışında azalma baş verib. Odur ki, bu gün devalvasiya barəsində danışmaq tezdir.
Mən devalvasiya təhlükəsi görmürəm. Qeyd edim ki, üzən məzənnəyə keçid olandan bəri əslində devalvasiyaya baxış dəyişib. Çünki, bazarda manatın göstəriciləri arta və ya azala bilər. Bunlar ani dəyişmələrdi.
Söhbət əslində manatın dollar qarşısında olan vəziyyətindən gedə bilər. Mənim gözləntim isə dəyişməyib. Düşünürəm ki, payıza qədər manatın məzənnəsi 1.50-1.65 arasında dəyişə bilər.
Hal-hazırda dolların ucuzlaşmasını müvəqqəti hesab edirəm və dollar yenidən 1.50-yə qalxacaqdır.
Düşünürəm ki, FED-in iyun ayında baş tutacaq iclasından çox şey asılıdır.  Bu iclasda uçot dərəcələri qaldırılarsa, manat dəyərini itirə bilər. Lakin bu zaman da kəskin fərqin olacağını güman etmirəm.”
6CMMHH7İqtisadçı ekspert Məhəmməd Talıblı isə verdiyi açıqlamasında qeyd edib ki, növbəti devalvasiya üçün ehtimallar hələ də qalır. 
“Dolların dəyər itirməsi epizodik haldır. Bu belə davam etməyəcək. Valyuta bazarında belə nisbi dəişikliklər ciddi iqtisadi tendensiyalardan xəbər vermir. Sadəcə bazarda müəyyən tələb-təklif proporsiyasında bəzi dəişiklikləri özündə ehtiva edir. Bu baxımdan bunun uzunmüddətli trend olacağını düşünmürəm.
Amma növbəti devalvasiya üçün ehtimallar hələ də qalır. Çünki, bir tərəfdən valyuta ehtiyatlarımız azalır, digər tərəfdən neftin qiymətinin ucuzlaşması səbəbindən ölkəyə dollar daxilolmaları azalır. Ölkədə iqtisadi hərarətlənmə kifayət qədər aşağı düşüb. İşgüzar aktivliyin azalması fonunda bazarda durğunluq hökm sürür.
Yalnız ərzaq bazarında müəyyən mənada əvvəlki situasiyaya oxşar situasiya mövcuddur. Qeyri-ərzaq bazarında, mal və xidmətlər bazarında bütövlükdə dinamizm hiss olunmur. Əksinə tənəzzül elementləri daha da güclənir. Bu artıq milli valyuta inamın azlığı, invetisiya iqliminin kifayət qədər cəlb edici olmaması və iqtisadiyyatın özündə müəyyən riskdoğrusu faktorların hələ də qalmasıdır.
Buna görə, ölkədə əvvəlki iqtisadi əhəngdarlıq bərpa edilməsə, çox çətin olacaq. Eyni zamanda ölkə iqtisadiyyatının qan-damar sistemi üçün əlavə “maddələrə” ehtiyac var. Bu ilk növbədə maliyyə və valyuta bazarı üçün resurs çatışmazlığını təmin etməkdir.”
ekremHüquqşünas Əkrəm Həsənov sözügüdən mövzu ilə əlaqədar bildirib ki, dolların bahalaşması qaçılmazdır.  
“Dəqiq statistik məlumatların olmaması qısamüddətli proqnozların verilməsini çətinləşdirdiyi üçün düşünürəm ki, uzunmüddətli perspektivdə devalvasiya qaçılmazdır. Yəni 2017-ci ilin sonunadək. Səbəb sadədir: Neft qiymətlərinin artımı gözlənilmir və neft hasilatımızın həcmi düşür. Deməli, dollar gəlirlərimiz azalmağa davam edəcək və valyuta ehtiyatlarımız enəcək. Bu da dolların bahalaşmasını qaçılmaz edir.”  /banco.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

one + one =