İşğaldan azad edilmiş ərazilərdə görülən işlər Prezidentimizin və xalqımızın quruculuq əzmindən xəbər verir

0
1430

Prezident İlham Əliyevin Qubadlı rayonuna səfəri əsnasında həmin rayonda həyata keçirilən geniş quruculuq işləri ilə bağlı dövlətimizin başçısının verdiyi göstərişlər, təməlini qoyduğu çoxsaylı müəssisələr və verdiyi mesajlar hər bir azərbaycanlıda qürur hissi doğurmaqdadır. Prezidentimizin səfəri əsnasında Zəngilan beynəlxalq hava limanının açılışı da həyata keçirildi ki, bu da dövlətimizin iqtisadi qüdrətindən, quruculuq əzmindən xəbər verir.

Qubadlı rayonu ərazisində yaradılması nəzərdə tutulan “Zabuxçay” və “Bərgüşadçay” su anbarları, bütövlükdə bu bölgədə su təsərrüfatının yenidən qurulması kənd təsərrüfatının inkişafı ilə yanaşı, ekologiyamızın yaxşılaşmasına da mühüm töhfəsini verəcək.

Qubadlı şəhərinin baş planının hazırlanması, İşğal və Zəfər muzeyləri kompleksinin, Zəngilan şəhərində ilk yaşayış binasının, məktəb binasının təməlinin qoyulması dövlətimizin işğaldan azad edilmiş torpaqlarda böyük və miqyaslı işlər həyata keçirdiyini göstərir. Bütün bu işlər onu söyləməyə əsas verir ki, yaxın gələcəkdə bütün məcburi köçkünlərimiz doğma dədə-baba torpaqlarına qayıda biləcəklər”.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri