Türkiyə XİN-dən Roma papasına sərt sözlər: “Ermənilərin təsirindədir”

0
334

Türkiyə Xarici İşlər Nazirliyi İrəvanda səfərdə olan Roma Papası Fransiskə 1915-ci ildə baş vermiş hadisələr haqda “soyqırımı” ifadəsi işlətdiyi üçün etiraz edib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, XİN Papanı tarixi reallığa söykənməyən fikirlər səsləndirməkdə ittiham edib: “Papa Fransisk 1915-ci i baş vermiş hadisələrlə bağlı tarixi reallığa söykənməyən və hüquqi əsası olmayan ifadələr işlədərək, ermənilərin mövqeyinə bağlı olduğunu bir daha nümayiş etdirdi”.
Türkiyə XİN Papanın ermənilərin təsiri altında olduğunu bəyan edib.
“Roma Papasının Ermənistanda səfərdə olarkən, “erməni soyqırımı” ifadəsini işlətməsi, 1915-ci il hadisələri ilə bağlı erməni katolikosu ilə birgə bəyanat qəbul etməsi, ölkəsinə qayıdandan sonra iftira və yalan dolu fikirlər səsləndirməsi onun ermənilərin təsiri altında olduğunu bir daha təsdiqləyib”, – deyə bəyanatda vurğulanır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

5 + two =