Türkiyə Menbiçdən əl çəkdi

0
467

Türkiyənin baş naziri Binali Yıldırım

Türkiyənin baş naziri Binali Yıldırım

Türkiyə hökuməti Suriyanın Mənbic şəhərindəki kürd qüvvələri üzərinə hücum edəcəyi barədə hədələrini “Rusiya və Birləşmiş Ştatlarla müttəfiqlik mülahizələri” ilə geri götürüb.

Ötən həftə Türkiyənin baş naziri Binali Yıldırım Ankaranın “terrorçu” adlandırdığı Suriya kürd qüvvələrini, onlar Mənbicdən geri çəkilməzlərsə, hücum ediləcəyi ilə hədələmişdi.

AFP agentliyi bildirib ki, baş nazir Mənbic üzərinə “Rusiya və Birləşmiş Ştatlartın dəstəyi olmadan hücum etməyin mənasız olduğunu” deyib.

Bundan əvvəl prezident Recep Tayyip Erdoğan da əl-Babdan sonra növbəti hücum hədəfinin Mənbic olacağını elan etmişdi.

Baş nazir Suriyada şəhid olmuş əsgərin anasına təsəlli verir

Baş nazir Suriyada şəhid olmuş əsgərin anasına təsəlli verir

Buna cavab olaraq Suriyanın YPG kürd qüvvələri Türkiyə hücum edərsə, ona qarşı döyüşəcəkləri ultimatumunu vermişdilər.

AFP yazır ki, Suriyadakı vəziyyət getdikcə Ankaranın ziyanına dəyişməkdə davam edir.

Xəbərdə deyilir ki, Rusiya və Dəməşq hökuməti hazırda Mənbicə “humanitar” karvanlar göndərir və bu, Türkiyə qoşunlarının ora hücumunu mümkünsüz edir.

Eyni zamanda Pentaqon bəyan edib ki, İslam Dövlətinə qarşı döyüşlərdən başqa hər hansı tərəflər arasında toqquşmalardan çəkindirmək üçün Suriyanın şimalına əlavə qoşunlar göndərir.

Birləşmiş Ştatlar kürdlərin çoxluq təşkil etdiyi Suriya Demokratik Qüvvələrini dəstəkləməkdə davam edir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

seventeen + two =