Robert Koçaryan: seçkilər pul kisələrinin davası olacaq

0
554

Robert KoçaryanFotonun müəllifi2RD.AM

Yeni konstitusiya üzrə Ermənistanda parlament idarəçilik sisteminin tətbiq edilməsini nəzərdə tutan parlament seçkiləri siyasi mübarizə yox, “zorbalıq atmosferində pul kisələrinin davası olacaq”, Ermənistanın sabiq prezidenti Robert Koçaryan deyib.

Koçaryan aprel ayının 2-də keçiriləcək parlament seçkiləri ilə bağlı çoxdan müsahibə vermək vədlərinə baxmayaraq, ölkədə mövcud durumda siyasi proseslərə qarışmamaq qərarına gəldiyini deyir.

“Doğrusu, son günlər mən nə isə yazıb, heç olmasa ən aktual sualları cavablandırmaq fikrində olmuşam. Lakin mövcud gerçəkliklərə tam bələd olaraq, nə bugünkü siyasi prosesləri şərh etmək həvəsindəyəm, nə də, ələlxüsus, onlarda iştirak etmək”, – Ermənistanın ikinci prezidenti öz saytında söyləyib.

Robert Koçaryan 2015-ci il konstitusiya dəyişikliyini Ermənistan üçün uzunmüddətli neqativ nəticələr ehtiva edən böyük səhv hesab edir.

O, yeni seçki məcəlləsinin, xüsusilə, partiyaların seçkilərdə məhəlli siyahıları üzrə iştirakının “bizim seçki sisteminə xas olan ən neqativ təzahürlərin kartalizatoru”na çevriləcəyini bildirib.

“Əslində, şübhə yox ki, majoritar seçkilər məntiqi proporsional üzərində üstünlük təşkil edəcəkdir. Partiyalararası rəqabət fərdlər arasında mübarizə sayəsində arxa plana atılıb və bu, parlament modeli şəraitində seçkiqabağı mübarizənin üstünlüklərini heçə çıxarır”, – o deyib.

Koçaryan bu seçkilərdə ideoloji mübarizənin heç bir əhəmiyyəti olmayacağını qeyd edir.

Onun sözlərinə görə, dərc edilmiş məhəlli partiya siyahıları bunun bariz sübutudur.

“Bu, zorbalıq atmosferində pul kisələri davası olacaq. Bir halda ki, seçicilərin bir çoxu elə ağır sosial vəziyyətdədir ki, puldan [seçki rüşvətindən – BBC] imtina edə bilməyəcək və güman ki, səslər hərracına qatılacaqlar. Bütün bunların nəyə gətirəcəyini duymaq çətin deyil”, – Koçaryan deyib.

BIR CAVAB BURAXIN