SSRİ-nin ilk baltalı manyakı- Xruşşovun da yuxusunu ərşə çəkən erməni qatil

0
676

Sovet İttifaqında cinayət və cinayətkarların  olmaması haqda  mifə baxmayaraq, ondan hər kəs xəbər tutub. Analar hətta uşaqlarını onunla qorxudurdular –  Mosqaz. O, SSRİ-nin ilk silsilə qatili kimi tarixə düşüb.  Maraqlıdır ki, hər sahədə birinci olduqlarını iddia edən ermənilər bu “şərəfli post”da da birinciliyi heç kəsə güzəştə getməyiblər. Bəli,  doğru anladınız, SSRİ-nin ilk silsilə manyakı  məhz erməni olub.

 20  dekabr 1964-cü il.  Moskvanın Sokol rayonu Baltiyski  küçəsinin bir qrup sakini yeni mənzilə köçmənin sevincini yaşayırdı. 6 yaşlı Kolya Sobolev  mebel mağazasına gedən anasına kömək etmək üçün dərsə yollanmamışdı. Səhər saatlarında  mənzilin qapısı döyülür. Ağlına pis bir şey gəlməyən Kolya heç nə soruşmadan qapını açır. Qarşısında dayanan uzun plaşlı, qara papaqlı adam özünü təqdim edir: Mosqaz, evi yoxlamalıyam!


Kolyanın anası evə qayıdanda isə artıq oğlunun qana bulaşmış cansız bədəni ilə qarşılaşır. Gördüyü mənzərədən son dərəcə sarsılan qadın az qalır ağlını itirsin. O, artıq bu evdə yaşaya bilmir. Qatil evdən 60 manat pul və uşaq paltarları götürmüşdü. Bu cür vəhşicəsinə qətl o vaxt üçün görünməmiş hadisə idi. Ona görə də hadisə yerinə sovet milisinin ən  yüksək rütbəli rəsmiləri gəlir. Qonşular sorğu – suala çəkilir.  Şahidlərin sözlərinə görə, həmin gün mənzillərə qara plaş və papaqda Moskva qaz istismarı idarəsinin nümayəndəsi gəlib. Dərhal idarəylə əlaqə saxlanılır və məlum olur ki, hadisə baş verən gün idarənin əməkdaşlarından heç kəs Baltiyski küçəsində  olmayıb.  İstintaqçılar  öz aralarında cinayətkara Mosqaz adı verirlər.  Gənc kriminalist – ekspert Sofya Vaynşteynə caninin fotorobotunu hazırlamaq  tapşırılır. Bunun üçün çoxsaylı şahidlər dindirilir. Çox vaxt təsvirlər üst – üstə düşmürdü. Nəhayət balaca bir oğlanın qatil haqqında təsvirləri ekspertlərə daha inandırıcı görünür. Oğlanın sözlərinə görə, uzun plaş geyinən və başına maral dərisindən papaq qoyan cani papağı arxadan bağlayırmış. Oğlanın dindirilməsi  zamanı  cinayət axtarış idarəsinin bir əməkdaşı otağa daxil olur. Bu vaxt oğlan özünü itirir və onun Mosqaz olduğunu deyir.  Cinayət axtarış idarəsinin bu əməkdaşı ilə cani arasında böyük oxşarlıq varmış.  Uşağın bu kiçik səhvi Mosqazın fotorobotunu hazırlamağa kömək edir.  Beləliklə,  Sovet milisinin tarixində ilk fotorobot hazırlanır.

Bu ərəfədə gəlinlər şəhəri İvanovodan həyacanverici məlumatlar daxil olur. Dekabrın 25-də  5-ci sinif şagirdi Mişa Kuleşov baltayla qətlə yetirilib. Qonşu evdə təqaüdçü Qorelova öldürülüb.  Elə həmin evdə 9-cu sinif şagirdi Qalina Petropavlovskaya zorlanıb. Balta zərbələrinə baxmayaraq qız möcüzə nəticəsində sağ qalmışdı.  Əməliyyatçılar dərhal İvanovoya yola düşürlər  və qıza Mosqazın fotorobotu göstərilir. Şəkli görən Qalya huşunu itirir və istintaq qrupu hər iki şəhərdə qətllər törədən şəxsin eyni adam olduğunu anlayırlar. Məsələyə  nəzarəti birbaşa ictimai asayişin mühafizəsi naziri  öz üzərinə götürür. Manyakın cinayətlərini araşdıran istintaqçılar bu qənaətə gəlir ki, o, qətlə görə həbs olunaraq, artıq azadlığa çıxmış residivistdir. Ona görə də 500 –dən artıq residivistin şəkli şahidlərə göstərilir. Ancaq onların da içərisindən heç birinin Mosqaz olmadığı məlum olur. 


Qətllər isə davam edirdi.  Manyakın  məhz yeni tikililəri, uşalar, qadınlar  və qocaları seçməsinin də özünəməxsus səbəbləri vardı.  O, yaxşı bilirdi ki, yeni tikililərdə mənzillərə hamı təzə köçüb və heç kəs bir – birini tanımır. Yəni, o ,heç  kəsin diqqətini çəkməyəcək  və hər kəs onu da binanın yeni sakinlərindən biri hesab edəcək.  Qatilin əsasən uşaqlar, qadınlar  və qocaları seçməsi isə onun qorxaqlığından irəli gəlirdi. Manyak qələbəsini  zəmanət  altına almaq üçün ona müqavimət göstərə bilmək ehtimalı olmayan şəxsləri qurban qismində seçirdi.  Onun növbəti qurbanı da köməksiz azyaşlı olur.

….1963-cü il dekabrın 28-də altı yaşlı  Dmitri Yaroşevski  yaşadığı  həyətdə  buz meydançasında sürüşürdü. Amma bu vaxt manyakın diqqətinin onun üzərində olmasından xəbərsizdi. Bir qədər oynadıqdan sonra Dmitri evə qayıdır.  Az sonra isə qapının zəngi çalınır: “Açın, Mosqazdır!”.  Dmitri də yəqin ki, növbəti qurbanlardan biri olacaqdı, əgər  evdə bacısı olmasaydı.  Özü sağ qalsa da o, növbəti səhəri dostu Saşa Lisovetsin ölüm xəbəri ilə açır.   Saşa onların  olduğu binanın qonşu girişində, 9-cu mərtəbədə yaşayırdı. Artıq paytaxtda əhali arasında panika yaranmışdı. Manyakla bağlı Mərkəzi Komitənin baş katibi Nikita Xruşşova da məlumat verilir və o, baş prokuroru yanına  çağıraraq dəhşətli qatilin tapılması üçün iki həftə vaxt verir.


Həmin günlərdə Moskvanın  Şeremetyevo küçəsində də yeni yaşayış  binası  təhvil verilmişdi.  Mənzillərdə çatışmazlıqlar çox idi və Mosqaz da bundan istifadə etməyi qərara alır. Özünü bu dəfə mənzil istismar idarəsinin nümayəndəsi kimi  təqdim edən Mosqaz 1964 – cü il yanvarın 8- də Mariya Yermakovanın mənzilinə gəlir və ondan mənzildəki çatışmazlıqları bir vərəqə yazmasını xahiş edir. Üzünü döndərən Yermakova  yalniz bir söz yaza bilir.

Qorxunc qatil  çantasından baltanı çıxardaraq qadının başına zərbələr endirir. Evdən isə  saat, corablar, 150  manat pul və “Start-3” markalı köhnə televizoru götürür. “Start-3” ilk sovet televizorudur.   Onun arxasında sahibini  göstərən  seriya nömrəsi vardı. Hansı ki, qatil bunu diqqətə almamışdı. Cani qənimətini gizli şəkildə apara bilməzdi. Ona görə ərazidəki insanlar sorğu – suala çəkilir.  Sahə müvəkkili Malışev həmin gün bir nəfərin döşəkağına bükülü televizor apardığını və  “samosval” tipli yük maşınını saxladaraq ona minib getdiyini xatırlayır.  Maşının iki nömrəsi də sahə müvəkkilinin yadında qalmışdı: 96. Əməliyyatçılar qısa zamanda “samosval”ın nömrəsini dəqiqləşdirirlər:  MOJ 96-26. Sürücü müəyyən edilir və  tanımadığı şəxsi maşınana götürərək  Riqa vağzalı tərəfdə düşürdüyünü xatırlayır.  Dərhal  rayon nəzarətə götürülür.  Milisin söhbət etdiyi şəxslərdən biri  bildirir ki, aşağı mərtəbədəki mənzildə yaşayan şəxs bu gün televizor satıb.  Əməliyyatçılar vaxt itirmədən sözügedən ünvana yollanırlar. Amma burada onları məyusluq gözləyirdi. Evdə heç kəs yox idi.  Mosqazın fotorobotu qonşulara göstərilir. Hamı birağızdan təsiqləyir:  Bu odur! 
Bundan sonra sözügedən mənzilə silahlı pusqu qurulur. Bu vaxt isə onlar cani əvəzinə zərif, gözəl qızla qarşılaşırlar. Bu Orenburq musiqili – komediya teatrının aktrisası, balerina  Alevtina Dmitriyeva idi. Gənc qız birlikdə yaşadığı sevgilisi haqda fəxrlə məlumat verir:  DTK mayoru Vladimir İonesyan. Alevtina Vladimirin  partiyanın məxfi tapşırığını yerinə yetirmək üçün ezamiyyətdə olduğunu söyləyir. DTK rəhbərliyinə dərhal mayor İonesyanın  şəxsi işini tapmaq tapşırığı verilir.  Ancaq DTK sistemində  belə bir adda adamın olmadığı ortaya çıxır. Belə olduqda istintaqçılar  ölkə üzrə bütün İonesyanları araşdırırlar və böyük zəhmət nəhayət bəhrəsini verir.  Təhqiqatçılar  son iş yeri Orenburq Musiqili Komediya teatrı olan  milliyyətcə erməni Vladimir İonesyanın üzərində dayanırlar. Onun  1937-ci ildə Tiflisdə doğulduğu, orta ixtisas müsiqi təhsili aldığı, iki dəfə – bir dəfə oğurluq, bir dəfə isə hərbi xidmətdən yayınmağa  görə məhkum olunduğu  məlum olur.  Ailəli olan İonesyanın arvadı və oğlu Tiflisdə yaşayırdı. 


Alevtina Vladimirlə Orenburq Musiqili Komediya teatrında çalışarkən tanış olmuşdu. Həddən artıq  pərəstişkarı olan cazibədar balerinanın qəlbinə yol tapmaq o qədər də asan deyildi. Amma burada İonesyanın köməyinə ənənəvi erməni hiyləgərliyi çatır.  O, qızı özünün həm də  Dövlət Təhlükəsizlik Komitəsinin gizli agenti olduğuna inandıraraq, onunla Moskvaya getməyi təklif edir və qıza parlaq karyera,  Böyük Teatrda iş  vədini verir. O vaxt Böyük Teatrın səhnəsində çıxış etmək hər bir gənc sənətçinin arzusu idi. Ona görə də Alevtina sevincək razılaşır. Günlərin birində Moskvada bahalı kürklərin satıldığı mağazanın qarşısından keçərkən  İonesyanın Alevtinaya ürəyi istəyən kürkü seçməsini təklif edir və qız bəyəndiyi,  bir neçə min qiyməti olan kürkü sevgilisinə göstərir. Gələcək manyak isə yaxın günlərdə kürkü sevgilisinə alacağını vəd edir.  Həmin gün kürk almasalar da, gələcək  qatil  bir neçə gün sonra ilk qurbanının qanına bulaşacaq balta alır.  Alevtina isə bütün baş verənlərdən xəbərsiz idi.


Gənc qız xüsusi xidmət  orqanlarının  Vladimirin hansısa cinayətdə əlinin olmasından şübhələndiklərini bildikdən sonra suallara cavab  verməkdən imtina edir. O, sevgilisinin harada olduğunu da söyləmir.  Belə olduqda əməliyyatçılar gənc qadında qısqanclıq hissləri oyatmağa qərar verirlər. İonesyanın əmisi oğluna yazdığı  gizli məktub üzə çıxarılır. Əmisioğlunu Kazana dəvət edən manyak  orada yaxşı qızların olduğunu, doyunca əylənə biləcəklərini  yazırdı. Məktubdan xəbər tutan Alevtina manyak sevgilisinin yerini açıqlayır və onun həqiqətən Kazana getdiyini , özünün də bir həftə sonra İonesyanın  yanına getməli olduğunu söyləyir. Bundan sonra Alevtina  həbsə atılır. Amma bir problem də vardı ki, İonesyanı üzdən heç kəs tanımırdı.  Ona görə də yalançı Alevtinaya ehtiyac var idi. Onun obrazını da cinayət axtarışı idarəsinin xanım əməkdaşlarından biri yaradır. Yüksək peşəkarlıqla edilmiş  qrim nəticəsində  Alevtinanın əkizi ortaya çıxır. Manyakı Kazan vağzalının perronunda Dmitriyevanı qarşılayan zaman həbs etmək qərarı verilir.  Yalançı Alevtinanı üç metrdən belə tanımayan İonesyanın qollarına elə burada qandal taxılır. Həbs edildikdən sonra Mosqaz bütün cinayətləri boynuna alır.

Qəddar manyakın həbs olunması ilə bağlı Mərkəzi Komitənin baş katibi Nikita Xruşşova  məlumat verilir. O, baş prokurora İonesyanı yanına gətirməsini istəyir: “O əclafı mənim yanıma gətirin, mən ona baxmaq istəyirəm”. 
Manyaka baxan Xruşşov göstəriş verir: “Bir həftəyə onu sağ görməyim”.  Məhkəmə də onun haqqında layiq olduğu hökmü  çıxarır: güllələnmə.  İonesyan Alevtinanın heç  nədən xəbəri olmadığını desə də,  Dmitriyeva da 15 il müddətinə azadlıqdan məhrum edilir. O, 8 il sonra azadlığa buraxılsa da, gənc balerinanın səhnə  karyerasına birdəfəlik nöqtə qoyulur.  İonesyan isə SSRİ tarixinə ilk silsilə qatil, ilk fatorobotu hazırlanan və haqqında ilk güllələnmə qərarı çıxarılan manyak kimi düşür.

Azadə Balayeva
Modern.az