Dövlət Duması AŞPA sessiyasına nümayəndə heyəti göndərməkdən imtina etdi

0
485

Rusiya Dövlət Dumasının bu gün keçirilən iclasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvar sessiyasına nümayəndə heyətinin göndərilməməsi barədə qərar qəbul edilib.

Arazinfo.com-un TASS-a istinadən verdiyi məlumata görə, bundan əlavə Dövlət Dumasında AŞPA-ya üzvlük haqqının ödənilib-ödənilməməsi məsələsi də müzakirə edilib. Müzakirələrdə çıxış edən deputatlar bu məsələdə də yekdillik nümayiş etdiriblər. Beləliklə Rusiya 2019-cu ildə AŞPA-ya üzvlük haqqı ödəməyəcək. Bununla bağlı qəbul edilən cənəddə deyilir: ” Dövlət Duması indiki vəziyyətdə Rusiya nümayəndə heyətinin AŞPA-nın yanvar sessiyasında iştirakını qeyri-mümkün hseab edir və bu quruma 2019-cü il üçün üzvlük haqqı ödəməyi məqsədəuyğun hesab etmir”.