Bakıda ana 12 yaşlı qızını çölə atdı – VİDEO

0
555

Bakıda ana 12 yaşlı qızını çölə atdı

Bakıda 12 yaşlı qız anası tərəfindən küçəyə atılaraq, tərk edilib.

Cəmi 12 yaşı olsa da, artıq həyatın ən çətin tərəfi ilə üzləşib, valideynsiz qaldığından Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.

Anası onu 3 gün əvvəl sığınacağın qarşına qoyaraq çıxıb gedib. Qızcığaz anasının onu tək qoymaması üçün yalvarsa da, bir faydası olmayıb.

Bir müddət küçələrdə qalan qızcığaz, artıq anasını istəmədiyini deyir. Səbəb isə təkcə sığınacağa atılması deyil, daim onun tərəfindən zorakılığa məruz qalmasıdır.

Uşağın sözlərinə görə, yaxşı ana övladına zülm verməyən, ona qayğı göstərən insandır.

12 yaşınadək anası onun təhsil almasına da imkan verməyib. Qızcığazın ən böyük arzularından biri təhsil alıb müəllimə olmaqdır. Ancaq hələlik reablitasiya prosesinə cəlb edilib.

Balaca qızcığaz olanlara baxmayaraq, anasının gələcəyi günü səbirsizliklə gözləyir. Xezerxeber

BIR CAVAB BURAXIN