Sarkisyanın otağında Rusiya təhqir olundu: Putin buna görə

0
279

Bu gün İrəvanda səfərdə olan Dmitri Medvedyeve qarşı hörmətsizlik olub.
Publika.az erməni KİV-nə istinadən xəbər verir ki, Medvedyev Serj Sarkisyanla görüşəndə masa ətrafına Rusiya bayrağı qoyulmayıb.
Görüşün keçirildiyi otaqda təkcə Ermənistan bayrağı qoyulub. Bu rəsmi protokol qaydasının pozulmasıdır və adətən bu cür hallar ciddi etirazla qarşılanır.
Erməni ekspertlər Rusiyanın buna ciddi reaksiya verəcəyini düşünürlər.
Sarkisyanı bu addımının arxasında siyasi səbəblərin olması ehtimalı da güclüdür. Belə ki, “dördgünlük müharibə” zamanı Rusiyanın Ermənistana dəstək verməməsi iki ölkə münasibətlərində çatlar yaradıb. Məlumatlara görə, Ermənistan ictimaiyyətinin anti-Rusiya aksiyaları da məhz hökumət tərəfindən təşkil olunub.
Serj Sarkisyanın Medvedyevlə görüşdə Rusiya bayrağına qarşı açıq hörmətsizliyi bu proseslərin son nöqtəsi hesab oluna bilər

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

16 + nine =