Santexnik ginekoloq oldu, qadınlar ondan razı qaldılar: Video

0
713
Rusiyanın Sverdlovsk vilayətinin Pervouralsk şəhərində qalmaqal baş verib.
 31 yaşlı, əvvəllər məhkum olmuş kişi xəsarət almaq adı ilə bir neçə gün şəhər xəstəxanasının  palatasında qalıb. Daha sonra ağ xalat geyinərək “həkim” roluna girib və məhz ginekologiya şöbəsinə gəlib. Onu xəstəxananın ginekologiya şöbəsinə gəlmiş təzə həkim kimi qəbul ediblər. “Həkim” bir neçə gün qadın xəstələri qəbul edib.
Özünü çox inamlı aparan “santexnik həkim” əvvəllər heç kimdə şübhə yaratmayıb, yalnız üçüncü gün ondan şübhələnilib və polisə məlumat verilib.
Polis onunla profilaktik söhbət aparıb. Niyə fırıldaqçını həbs etmədiklərini soruşduqda məlum olub ki, onun müayinə etdiyi qadınlar  “həkimdən” şikayət etməyiblər, əksinə, razı qalıblar…

Moderator.az

BIR CAVAB BURAXIN