“Şahdağ”da istirahət edən xarici turistlərin 80 faizi ərəblər olub

0
313

“Şahdağ” Turizm Mərkəzi sentyabr ayının 27-dən yay mövsümünü bağlı elan edib.
APA-nın məlumatına görə, yay mövsümü ərzində mərkəzə üz tutan turistlərin sayı 30000-dən çox olub. Onların 50%-dən çoxunu xarici ölkələrdən olan turist, xarici turistlərin 80%-dən çoxunu isə ərəb ölkələrindən gələn turist təşkil edib. Əcnəbi qonaqlar Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, İraq, Qatar, Oman, Küveyt, Bəhreyn kimi ölkələrdəndir.
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzinin tək xizək kurortu kimi deyil, yay istirahət mərkəzi kimi də tanıdılması məqsədilə bu mövsümdə xarici turizm şirkətləri üçün info-turlar, xarici ölkələrin mətbuat nümayəndələri üçün press-turlar təşkil edilib.
Mərkəzdə qış mövsümünün açılışı dekabrın əvvəllərində olacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

one × 4 =