Türkiyə miqrantların üzünə Avropanın qapılarını açır

0
673

11

Türkiyə hər gün 3 minə yaxın miqrantı Yunanıstana göndərməyə hazırlaşır.Axar.az “Tayms”a istinadən xəbər verir ki, rəsmi Ankara yaxın bir neçə həftə ərzində miqrantların Yunanıstana keçməsi üçün şərait yaradacaq.
Qəzetin yunan kəşfiyyat məlumatına söykənən xəbərində Afinanın çarəsiz vəziyyətə düşdüyü bildirilib. Yunan kəşfiyyat eksperti Atanassios Drouqas qəzetə açıqlamasında Baş Qərargahın ciddi narahatlıq keçirdiyini qeyd edib:“Bu günlərdə heç kim cənab Ərdoğanın təxmin edilməz addımlarını nəzərə almır”.

Xatırladaq ki, Avropa Parlamenti ötən həftə Türkiyə ilə AB arasında davam edən müzakirələrin müvəqqəti dondurulması barədə qərar qəbul edib. Qərardan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məsələyə bu cür münasibət bildirib:“Verdiyiniz sözləri yerinə yetirmədiniz. Qapıqüllədə (Türkiyə-Bolqarıstan gömrük qapısı – red.) 50 min miqrant dayandığı zaman fəryad etdiniz. “Görəsən Türkiyə sərhədləri açarsa, nə edərik” deməyə başladınız. Baxın, əgər daha da irəli getsəniz, sərhəd qapıları da açılacaq, bunu da biləsiniz”.

BIR CAVAB BURAXIN