Səfir: “ABŞ Azərbaycana hərtərəfli müzakirələr təklif edib”

0
549

Səfir Robert Sekuta ABŞ-ın Azərbaycana iki ölkə arasında hərtərəfli geniş müzakirələrin keçirilməsini təklif etdiyini deyib.

R.Sekuta bildirib ki, buraya ticarət, iqtisadiyyat, insan haqları və digər sahələr daxildir: “Eyni zamanda ABŞ-ın ticarət nümayəndə heyəti Azərbaycana gəlib və burada iqtisadi məsələlər müzakirə edilir”.

Səfirin sözlərinə görə, ABŞ və Azərbaycan bir sıra məsələlər üzrə uzun müddətdir ki, işləyir və hazırda da işləməkdədirlər: “11 sentyabr hadisələrindən sonra Azərbaycan sülhyaratma əməliyyatlarında bizimlə işləyir. Azərbaycan hərbçiləri Əfqanıstanda çiyin-çiyinə ABŞ döyüşçüləri ilə işləyir. Biz Azərbaycanın terrorizmə qarşı səylərini, tolerantlıq dəyərlərini çox vacib hesab edirik. ABŞ bu fəaliyyətləri yüksək qiymətləndirir. Biz hazırda Avropanın enerji təhlükəsizliyi üçün vacib olan Cənub Qaz Dəhlizi üzərində çalışırıq. Biz Azərbaycanla güclü çiçəklənən inkişaf edən demokratik ölkə qurmaq istiqamətində işləməyə davam edirik…”.

“Bildiyiniz kimi Konstitusiya hər ölkənin ən əsas sənədidir və ona dəyişikliklər çox ciddi məsələdir”.

Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

O qeyd edib ki, bununla bağlı azərbaycanlılar özləri qərar verməlidirlər.

Səfir vurğulayıb ki, referendum üçün açıq sərbəst və məlumatlı şərait yaradılmalıdır: “ABŞ da seçkilər ərəfəsindədir. Mətbuata müxtəlif məlumatlar əks olunur. Demokrat quruluşin əsas göstərici odur ki, müxtəlif fikirlərin olduğu debatlar təşkil olunsun”.

 

ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllindəki mövqeyi dəyişməzdir.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə açıqlamasında deyib: “Biz ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyirik. Ötən həftə Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Rusiya Xarici İşlər naziri ilə münaqişənin həlli ilə bağlı müzakirələr aparıb”.

“ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllini vacib hesab edir. Regionda sabitlik və sülhün təmin olunması üçün münaqişə tərəflərinin bir araya gəlməsi və bu istiqamətdə çalışmaları gərəkdi”, – deyə Sekuta bildirib.

Səfir əlavə edib ki, ABŞ Azərbaycan hökuməti ilə bu istiqamətdə çalışır.

BIR CAVAB BURAXIN