Türkiyədə gözətçi məntəqəsinə PKK basqını

0
512

PKK terror təşkilatının silahlıları Türkiyənin Ağrı vilayətində gözətçilərə aid məntəqəyə hücum ediblər.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 21 radələrində baş verib.

Təhlükəsizlik qüvvələrinin terrorçulara qarşılıq verdikləri atışmada 7 gözətçi öldürülüb, 5 əsgər və 1 gözətçi yaralanıb.

Yaralılar xəstəxanalara yerləşdirilib.

Əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib.

BIR CAVAB BURAXIN