Rusiyanın onu razı salacağına ümid edirik – Çavuşoğlu

0
514

Rusiyanın Liviyada atəşkəs elan edilməsi ilə bağlı Xəlifə Haftarı razı salacağına ümid edirik.

Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. O, Türkiyənin öhdəsinə düşən məsələni həll etdiyini bildirib:

“Tripoli ilə əlaqə yaratdıq və o axşam Liviya Milli Razılıq Hökumətinin rəhbəri Fayez Sərrac ortaq açıqlamaları dəstəklədilər. Ancaq Haftar tam əksini dedi. Rus dostlarmızın söz verdikləri kimi, Haftarı bu məsələdə razı salacaqlarını gözləyirik”.

Çavuşoğlu Haftarın liderliyindəki qüvvələri heçə saymadıqlarını, lakin qanuni olmadığını söyləyib:

“Ümid edirik ki, Haftar da bu çağırışa dəstək verəcək”.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin görüşərək Liviyanı müzakirə etmişdilər. Tərəflərin ortaq atəşkəs çağırışını Liviya Milli Razılıq Hökuməti qəbul etsə də, Liviya Milli Ordusu rədd etmişdi.

ARAZINFO.COM