Bakının bu bazarında alver gecələr qızışır

0
671
 

Bakıdakı əsas balıq bazarlarından birində müxtəlif regionlardan növbənöv balıq gətirilərək satılır. Maraqlı bir məqam odur ki, bu bazarda alver gecə saatlarında qızışır.

Balıqlar müxtəlif bölgələrdən diri-diri gətirilir, topdan qiymətinə satılır. Rayonlardan gətirilən balığın əsas satış məkanı olan Keşlədə balıq bazarı əsasən axşam və gecə saatlarında qızışır.

Burada, demək olar ki, hər cür yerli balıq tapmaq mümkündür. Satılan balıqların qiyməti isə elə gətirildiyi yer və çeşidləri qədər müxtəlifdir.

Satıcıların sözlərinə görə, axşam saat 7-dən səhər 11-dək balıqları topdansatış qiymətinə satırlar. Satıcılar deyir ki, son dövrlər qiymətdə bir qədər artım müşahidə olunur. Bahalaşma isə balığın növündən asılı olaraq 30-60 qəpik arasında dəyişir.

Buna baxmayaraq balıq bazarında alıcı baxımından qıtlıq yoxdur. Burada həm istehlak üçün, həm də satış üçün balıq alan kifayət qədər insana rast gəlmək olar.

Bazarın əsas xüsusiyyətlərindən biri də odur ki, topdan yaxun pərakəndə satışda qiymət fərqi yoxdur. (“Xəzər TV”)

BIR CAVAB BURAXIN