Rusiyada həbs edilən kriminal avtoritet Azərbaycana təhvil verildi

0
564

Rusiyada qətl və digər cinayətlər törətməkdə təqsirləndirilən Elmir Məmmədov Azərbaycana təhvil verilib.
APA-nın məlumatına görə, E. Məmmədovun cinayət işi üzrə Rusiyada keçirilən məhkəmənin hökmü ilə 21 il müddətinə azadlıqdan məhrum edilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində onun cəzasının Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsinə dair məhkəmə prosesi başlayıb. Növbəti proses sentyabrın 30-da keçiriləcək.
Onu da qeyd edək ki, E. Məmmədov kriminal aləmdə “Siqan” ləqəbi ilə tanınır.

 

BIR CAVAB BURAXIN