Azərbaycan beynəlxalq məhkəmələrin qərarlarını icra etməyəcək – Qanun layihəsi

0
546

İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə Azərbaycanın üzv olduğu dövlətlərarası orqanın qərarlarını icra etməsi ilə bağlı mexanizm dəyişdirilir.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı yeni “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanunu layihəsi hazırlanıb.

Qanun layihəsi Milli Məclisin payız sessiyasında qanunvericilik işləri planına daxil edilib.

Layihədə Azərbaycanın insan hüquq və azadlıqlarının müdafiəsi üzrə üzv olduğu dövlətlərarası orqanların qərarlarının icra edilməsinin mümkün olub-olmamasına baxılması məsələsi əksini tapıb.

Qeyd edək ki, Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Avropa Şurası, BMT və digər bir neçə qurumun üzvüdür.

 

BIR CAVAB BURAXIN