Moskvanın “Lokomotiv” futbol klubunun oyunçusu Manuel Fernandeş “Qalatasaray”da oynaya bilər.
Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə Sport24 nəşrinə açıqlama verən Fernandeşin agenti Valeriyus Mijurqurskis deyib.
Onun sözlərinə görə, “Qalatasaray” yarımmmüdafiəçini öz heyətində görmək arzusundadır: “Türkiyənin “Qalatasaray” futbol komandası Fernandeşin xidmətində maraqlıdır. Klub rəsmiləri oyunçunun nümayəndəsi ilə görüşüb və hazırda danışıqlar aparır. Fernandeşin ya qış tarnsferi dövründə, ya da yayda azad agent kimi “Qalatasaray”da oynayacağı bu danışıqların nəticəsindən asılı olacaq”.