Rusiya Qazaxıstanı şimal əraziləri ilə bağlı çoxdan cırnatmağa başlayıb

0
629
3038800 02/27/2017 February 27, 2017. Russian President Vladimir Putin and Kazakh President Nursultan Nazarbayev, right, during a meeting in Almaty. Sergey Guneev/Sputnik

Vladimir Putin və Nursultan Nazarbaev. Almatı, 27feb2017.

AzadlıqRadiosu-nun qazax xidmətinin köşə yazarı Gulnara Bazhkenova yazır ki, Qazaxıstanda ilk baxışdan siyasətdən uzaq görünən sadə insanlar belə Rusiyanın daxili işləri barədə məlumatlıdır.

Onlar regionların rəhbərlərini və Dövlət Dumasının deputatlarını adlarıyla tanıyır, Rusiyanın daxili problemləri ilə bağlı məsələlərə şərh verməyi sevirlər. Qazaxıstanlılar Rusiya ilə bağlı mövzularda gündə internetə milyonlarla axtarış göndərir, minlərlə post və məqalə paylaşırlar. İnsanların bir qismi Qazaxıstanın asanlıqla əldə etdiyi müstəqilliyini itirəcəyi qorxusu ilə yaşayır. Qorxu isə asan manipulyasiya oluna bilən hissdir. Siyasətçilər də belə kollektiv fobiyalardan yararlanmağı çoxdan öyrəniblər

QAZAXISTANDA YAŞAYAN RUSLAR

Təbii ki, Ukraynadakı hadisələr bu xoşagəlməz durumu daha da qızışdırır. Ancaq Rusiya Qazaxıstanı şimal əraziləri ilə bağlı çoxdan cırnatmağa başlayıb. Ölkənin müstəqilliyinin bütün 25 ili ərzində bu hal davam edib. Rusiya siyasətçiləri vaxtaşırı Qazaxıstanın ünvanına təxribat xarakterli bəyanatlar səsləndirirlər. Çox zaman belə hücumlar siyasi gərginlik, yaxud da danışıqlarla eyni vaxta düşür. Vladimir Jirinovski isə daim Qazaxıstanda yaşayan rusların məsələsini qaldırıb.

Doxsanıncı illərin Rusiyasında keçmiş qardaş respublika Qazaxıstanı dəng eləməyə iki əsas məsələ var idi: tranzit neft ventili və “rus məsələsi”. LDPR-in üzvü Pavel Shperov-un çeynənmiş sözləri də, çox güman ki, təsadüfi deyil, Qazaxıstan prezidenti administrasiyası rəhbərinin keçmiş müavini Baglan Maylybayev-in həbsi ilə bağlıdır. Maylybayev-i qanunsuz pul yığmaqda, dövlət sirlərini başqa dövlətin xeyrinə yaymaqda ittiham edirlər. Astana Maylybayev-i sakitcə uzaqlaşdıra bilərdi, ancaq onu həbs etməkdən çəkinmədi. Hərçənd onun casusluq etdiyi ölkənin adını çəkərək açıq casus qalmaqalı yaratmaqdan çəkindi. İstintaq işin ayrıntılarını bugünə qədər də açıqlamayıb. Açıqlamaqsa o qədər də asan deyil. Belə ki, Maylybayev-in konkret olaraq hansı qonşu dövlətə casusluq etdiyini demək rəsmi reaksiya tələb edəcək. Çünki müttəfiq dövlətlərin yüksək rütbəli məmurlarını casusluğa cəlb etmək yaxşı iş deyil. Bu o deməkdir ki, həmin dövlət bir o qədər də müttəfiq deyil.

RƏSMİLƏR ANCAQ TİCARƏTDƏN DANIŞIR

Maylybayev-dən başqa, prezident administrasiyasında onun keçmiş işçisi Galikhin də var. Onun sosial şəbəkələrdəki hesabları “rus dünyası” uğrunda mübarizə barədə yazılarla dolu idi. Bundan başqa, Donbasdakı münaqişənin ittiham olunan iştirakçıları və internetdə separatçı fikirlər səsləndirən marjinallar var. Ancaq Qazaxıstanda həm də sosial şəbəkələrdə Putin barədə mənfi fikirlər paylaşmış bir şəxs həbs edilib. Bir çoxları ya «rus dünyası” uğrunda, ya da “rus dünyası” ilə mübarizə aparırlar. Hərçənd, Putinin tez-tez xizək sürməyə gəldiyi Şımbulakda və prezidentlərin rəsmi görüşlərində bu barədə heç nə deyilmir. Rəsmilər yalnız, sülh, dostluq və ticarət mübadiləsindən danışırlar.

Müəllif yazır ki, Qazaxıstanda yaşayan ruslar heç vaxt ciddi tədqiqat və müzakirə mövzusu olmayıb. Ancaq onlardan siyasi oyunlarda “kozır” kimi yararlanırlar. Qazaxıstanda yaşayan ruslar Rusiya prezidenti Vladimir Putin-in Qazaxıstanda yanan ulduzunun enerji mənbəyidir.

BIR CAVAB BURAXIN