Rusiya strateji bombardmançıları İranda yerləşdirdi

0
527

Rusiya təyyarələri Suriyanın müxalif qüvvələrinə qarşı həyata keçiriləcək əməliyyatlarda İranın hərbi hava bazasından istifadə edəcək.

 

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda Dəməşq rəhbərliyinə yaxınlığı ilə tanınan “Al Masdar News” saytı bildirib.

 

Saytın yazdığına görə, Rusiya ilk dəfə İranın Həmədan Hava Bazasına strateji bombardman təyyarələri yerləşdirib. Bu günə qədər Mozdok aerodromundan (Çeçenistanda, Azərbaycan və Gürcüstan sərhədinə yaxın yerləşir –red.) qalxan Rusiyanın strateji bombardmançı təyyarələri bundan sonra Moskva və Tehran arasında imzalanan razılaşma çərçivəsində Həmədan bazasından istifadə edəcək.

 

“Əl Masdar News” saytının xəbərinə görə, bu, Rusiya təyyarələrinin Suriyadakı uçuş müddətini təxminən 60 faiz azaldacaq. Bu, Kremlə həm yanacağa qənaət etməyə kömək edəcək, həm də hava hücumlarının effektliyini artıracaq. Mozdokdan havalanan TU-22M3 tipli strateji bombardmançıları Palmiradakı hədəfləri vurmaq üçün 2150 kilometr qət etdiyi halda, Həmədandan qalxan təyyarələr 900 kilometr məsafə uçacaq.

 

BIR CAVAB BURAXIN