İran Qüds briqadasına külli miqdarda pul ayırır

0
552

İran Prezidenti Həsən Ruhani parlamentə yeni büdcəni təqdim edib.

Arazinfo.com Axar.az-a istinadən xəbər verir ki, yeni büdcədə İran İslam İnqilabı Keşikçiləri Korpusuna ayrılan vəsait İran ordusundan 3 dəfə çox müəyyən edilib. Üstəlik, SEPAH-a ayrılan büdcənin böyük hissəsi Qüds briqadasının payına düşüb.

SEPAH, ordu və Bəsic qüvvələrinə ayrılan vəsait ümumilikdə 400 trilyon tümən (11 milyard dollar) təşkil edib. Bu maliyyənin 267,366 trilyonu SEPAH-ın, 800,866 milyardı ordunun, 975,355 milyardı orduya bağlı olan logistika qüvvələrinin, 804,943 milyardı isə Bəsic qüvvələrinin payına düşüb.

Qeyd edək ki, parlament hökumətin büdcə təklifini 1 ay içərisində təsdiqləməlidir.

 

BIR CAVAB BURAXIN