Rusiya İrandan “Hizbullah”a silah göndərməyi dayandırmağı tələb edib

0
480

Rusiyaya məxsus İl-20 kəşfiyyatçı təyyarəsinin Aralıq dənizi üzərində vurulmasından sonra Moskva-Tehran münasibətlərində gərginlik əmələ gəlib. Buna səbəb İsrail hərbi aviasiyasının Suriyadakı İran mövqelərinə zərbə endirən zaman  Rusiya təyyarəsinin vurulmasıdır.

Mediainfo.az-ın Nevvs.co-ya istinadən verdiyi  məlumata görə, məsələ ilə bağlı İsrailin “10” telekanalı  İl-20-nin vurulma səbəblərinin araşdırılmasının başa çatmasına kimi Rusiyanın İrandan “Hizbullah” silah göndərməyi dayandırmağı tələb etdiyini bildirib.

Öz növbəsində iranlı jurnalist Babak Takvai də Rusiyanın Suriyada hava hücumundan müdafiə sahəsini məhdudlaşdırdığını və bununla da bölgədəki İran mövqelərinə İsrailin yeni zərbələr endirməsi üçün imkanlar verdiyini bildirib.

 

BIR CAVAB BURAXIN