«RUSİYA GÜC DİLİNDƏN ANLAYIR!»

0
749

ABŞ Hərbi Hava Qüvvələrinin istefadakı generalı və NATO birləşmiş silahlı qüvvələrinin keçmiş baş komandanı Filip Bridlav, NATO-nun növbəti sammiti ərəfəsində Rusiya və Qərb arasında artan gərginlik barəsində danışıb.

İyulda Varşavada keçiriləcək NATO sammitində alyansın lider ölkələri bu təşkilatın genişlənməsini və gələcəkdəki ümumi strategiyasnı müzakirə edəcəklər.

Təxminən 40 il bundan əvvəl soyuq müharibə dövründə orduda xidmətə başlamış və dörd il NATO-nun birləşmiş ordularının Avropadakı komandanı vəzifəsini tutan Bridlav, toplaşanların suallarına cavab verərək, alyansın bundan öncəki Uels sammitindən sonrakı dövr ərzində uğurları barəsində söhbət açıb. O deyib: “Ola bilər ki, cənab Putin Uelsdə başlanan sammitdən sonra NATO-nun necə uğurlu dəyişiklər həyata keçirməsindən təəccüblənib. Bizim tərəqqimiz əhəmiyyətli və göstərişlidir, çünki alyans üzvləri çox cəld toplaşaraq, heç kimin gözləmədiyi şəkildə çevik hərəkət qüvvələri yaratmağa nail oldu. Putin üçün bir nömrəli məsələ Avropa Birliyinin və ya NATO-nun parçalanmasıdır. Uels sammitindən sonra biz daha çox birlik nümayiş etdiririk. Əgər cənab Putin AB və ya NATO-nu parçalamağa nail olarsa, o irəlidə istədiyi hər şeyi əldə edə bilər”.

Bu arada isə NATO ilə Rusiya arasındakı gərginlik artıq yüksək həyacan səviyyəsinə çatıb. NATO-nun vahidliyinin möhkəmlənməsinə baxmayaraq, aqressiv Rusiya, İsveç və Finlandiyanı, əgər onlar NATO-ya daxil olarlarsa, hərbi addımlar atacağı ilə təhdid edib. Rusiya Amerikanın bir gəmişinin Qara dənizə daxil olmasına da çox sərt reaksiya verib. Varşavadakı sammit ərəfəsində, ABŞ Aralıq dənizinə iki aviadaşıyan yollayıb.

Bundan əlavə “RAND Corporation”un analizinin nəticələrinə görə, Rusiyanın adi silahlı qüvvələri Tallin və Riqa kimi paytaxtları 36 saat içərisində zəbt edə bilər. Hərçənd ki, Bridlav “RAND” ekspertlərinin istifadə etdikləri modelləşdirməni yüksək qiymətləndirsə də, hər halda o çıxarılmış bu nəticələrin doğruluğuna şübhə ilə yanaşır.

NATO-nun Rusiya təcavüzünün qarşısında dayanması uğuru barəsində danışan Bridlav, alyansın şərq cinahında özünün ən zəif üzlərini qoruya bilməyəcəyi iddialarını qəbul etmir.

Bridlav deyib: “Əgər bizim üzvlərimiz və NATO rəhbərliyi qətiyyətli tədbirlər görərlərsə, onda biz onları qorumağı bacararıq. Ruslar taktiki nüvə silahından danışırlar və onlar buna qeyri-nüvə müharibəsinin aparılması məntiqi ilə yanaşaraq, həmin silahın tətbiqinə hazırlaşırlar. Lakin NATO-nun hərbi plan yaratması, gərginliyin azaldılması yönündə münaqişənin həllinə imkan verər”.

Bridlav qeyd edib ki, ABŞ, müharibə və nüvə silahının tətbiqi barəsində sözləriylə “özlərini isterikaya soxan” rusiyalılarla kommunikasiya kanallarını açmalıdır.

Bridlav bildirib: “NATO lider rolunu öz üzərinə götürüb kommunikasiya kanallarını bərpa etməlidir. Biz qətiyyətli şəkildə Rusiya ilə keyfiyyətli əlaqələr qurmalıyıq. Əgər biz gözləsək ki, hər şey öz-özünə yoluna qoyulacaq, onda biz uğursuzluğa düçar olacağıq”.

Konfransın sonunda Bridlav bir daha Obamanın 2014-cü ildəki Uels sammitində söylədiyi “biz NATO ərazisinin hər bir qarışını qoruyacağıq” bəyənatını təkrarlayaraq, əlavə edib ki, alyansın nizamnaməsinin 5-ci bəndinə uyğun olaraq, NATO-nun bir üzvünə qarşı hücum, onun bütün üzvlərinə qarşı hücumdur. Yekun olaraq Bridlav deyib: ”Rusiya qüdrət və vahid güc birliyinin dilindən anlayır”.

BIR CAVAB BURAXIN