Ev Gündəm “Bapbalaca boyu var, dam dolusu toyu var…”

“Bapbalaca boyu var, dam dolusu toyu var…”

0
711
"Bapbalaca boyu var, dam dolusu toyu var..." - video

Məşhur aktyor Van Dammın orta yaşlarında etdiklərini Nihad Ağayev 8 yaşında edir.

Axşam.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, 2-ci sinifdə oxuyan Nihadın 1 metrdən artıq boyu, 17 kiloqram çəkisi var. Amma etdiyi hərəkətlər yaşından, çəkisindən dəfələrlə artıqdır.

2-ci sinif şagirdi görənləri heyrətləndirir. Kiçik pəhləvan əvvəlcə iki avtomobilin üzərində olan stullarda “şpaqat” açır. Sonra eyni hərəkəti yanaşı gedən avtomobillərin üstündə davam etdirib.

Qeyri-adi gücə malik N.Ağayev avtomobili dişi ilə dartmaqla ətrafdakıları da şoka salır.

Uşaq atasına məxsus avtomobili yerindən bir neçə metr hərəkətə gətirməyi bacarıb.

Oğlunun qeyri-adi gücə malik olduğunu deyən Emin Ağayev övladını 4 yaşından məşqlərə aparıb.

E.Ağayev oğlunun qeyri-adi bacarıqları ilə Ginnesin rekordlar kitabına düşəcəyinə inanır.

BIR CAVAB BURAXIN