Rusiya Ermənistana qazı 215 dollara satacaq

0
288

Rusiya Ermənistanın cəzalandırılması istiqamətində ilk addım atmağa hazırlaşır.

Arazinfo.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Rusya Baş nazirinin birinci müavini Dmitri Kozak həmkarı Tiqran Avinyana qazın yeni qiyməti ilə bağlı məktub göndərib. Bu barədə “168” nəşrinə məlumat verın mənbə məktubda qazın min kubmetrinin yeni ildən Ermənistana 215 dollara satılacağı və bu məsələnin  müzakirə hədəfi olmayacağını deyib. Məsələ ilə bağılı erməni jurnalistlər Avinyana sorğu ilə müraciət ediblər. Lakin Avinyanın ofisindən bildiriblər ki, sorğuya 5 gün ərzində cavab veriləcək. Rusiya Ermənistana qazın minkubmetrini 150 dollara satıb. İndi isə Ermənistan qazın min kubmetrinə görə Rusiyaya əlavə 65 dollar ödəməli olacaq.

Xatırladaq ki, Ermənistanla Rusiya arasında qaz alqı-satqısı ilə bağlı müqavilə bu ayın sonunda başa çatır. Əvvəlki illərlə müqayisədə iki ölkə arasında qaz alqı-satqısı barədə yeni müqavilə isə bu günə kimi imzalanmayıb.

 

.