Parisdə müsəlmanlara qarşı aksiya – 15 nəfər həbs edildi  

0
547

Parisdə Generation Identitarie adlı irqçi və islama qarşı təşkilatının mitinq keçirmək istəyinə qadağa qoyulmasından sorna baş verən hadisələrdə 15 nəfər həbs edilib.

Paris polisi bəyan edib ki, şəhər rəhbərliyi mitinqə icazə vermədikdən sonra bir sıra rayonlarda etirazlar başlayıb və polis məcburi həbslər həyata keçirib.

Qeyd edək ki, Generation Identitarie adlı irqçi və islama qarşı təşkilat “İslama qarşı Avropanı müdafiə edək” şüarı ilə Parisdə kampaniyaya start verdiyini elan edərək böyük mitinq keçirəcəyini bildirmişdi.

Mitinqə icazə verilməməsinə baxmayaraq Parisin əksər rayonlardında toplaşan “ağ irq” və “Avropanın üstünlüyünü” müdafiə edən qruplar küçələrdə şüarlar səsləndirib, polislə qarşı-qarşıya gəlib.

Qeyd edək ki, Generation Identitarie irqçi təşkilat sıralarına daha çox 14-25 yaşlı gəncləri daxil etmək niyyətindədir. İndiyə qədər bu qurum Fransada müsəlmanlara qarşı çox sayda tədbirlər keçirib. Teleqraf.com

BIR CAVAB BURAXIN