“Çelsi” Kostanı satmaqdan imtina etdi

0
635

 

Son mövsümdə “Çelsi” də işi,heş də yaxşı getməyən məşhur hücumçu Dieqo Kosta yenidən “Atletiko” Madriddə  oynamaq istəyir. “Atletiko” rəhbərliyi də məşhur futbolçunu öz heyətinə qatmaqda maraqlıdır. Buna baxmayaraq London klubu Kostanı satmaq niyyətində olmadığını bəyan edib. “Çelsi” rəhbərliyi yeni baş məşqçi Kontenin rəhbərliyi altında Kostanın əvvəlki oyununu nümayiş etdirəcəyinə ümid edir. Bununla bağlı “Çelsi”nin mətbuat xidmətindən bildirilib ki, rəhbərlik Kostanı satmaq istəmir və ümumiyyətlə belə oyunçular satılmırlar. Xatırladaq ki, bir neçə gün əvvəl “Atletiko” rəhbərliyi Kostanın transferi üçün London klubuna 60 milyon avro təklif etmişdi. Lakin “Çelsi” rəhbərliyi Kostanın satılması ilə bağlı hər hansı danışıqlara başlamaqdan imtina edib. Qeyd edək ki, ki, Dieqo Kosta 2014-cü ildən “Çelsi” komandasının şərəfini qoruyur. Hücumçu “Çelsi”yə 38 milyon avroya “Atletiko” Madriddən transfer edilib.

BIR CAVAB BURAXIN