Raşkin: “Putinin bu qanunu milli savaşı artıracaq”

0
510

Rus milləti haqqında qanun Rusiyadakı müxtəlif xalqlar arasındakı gərginliyi artıracaq.

 

Axar.az xəbər verir ki, bunu “Lenta.ru” saytına açıqlamasında Rusiya Dumasının Kommunist Partiyasından olan deputatı Valeri Raşkin söyləyib. Onun sözlərinə görə, bu sənədin qəbulu artıq Rusiyada çoxmillətliliyin başa çatmasına işarə olacaq:

 

“Tək millətə keçid kiçik xalqlarda narazılığı artıracaq. Bu, tədricən həmin xalqların mədəniyyət və adətlərinə hücumu başladacaq. Əgər bütün xırdalıqları nəzərə alınmasa, milli konflikt yaranacaq, biz isə onun güclənməsinə səbəb olacağıq. Bu məsələ çox incə və kövrək buza bənzəyir. Onun üzərində ayı pəncələri ilə hərəkət etmək olmaz”.

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin rus milləti haqqında qanunun hazırlanması haqqında tapşırıq verib. O, bu sənədin Rusiyadakı milli münasibətlərin inkişafı strategiyası üçün əsas ola biləcəyini söyləyib.

 

Hazırda Rusiyada 200-ə yaxın millət yaşasa da, əhalinin 80%-ni ruslar təşkil edir.

BIR CAVAB BURAXIN