Qorbaçov: “SSRİ-ni onun komandası dağıtdı”

0
386

SSRİ-in keçmiş prezidenti Mixail Qorbaçov müstəqil Ukraynanın ilk prezidenti Leonid Kravçukun SSRİ-nin dağılması ilə bağlı bəyanatını səhv adlandırıb.

 

Publika.az xəbər verir ki, Mixail Qorbaçov “Milli informasiya xidməti”nə (NSN) müsahibəsində SSRİ-nin dağılması üçün əsas məsuliyyətin Boris Yelsinin komandasının üzərinə düşdüyünü deyib.

 

Siyasətçi hesab edir ki, 82 yaşlı Kravçuk yaşına görə belə bir bəyanatı verə  bilirdi. “Mən özüm də bəzən hiss edirəm ki, yaş fikrin obrazına təsir edir”, – o, əlavə edib.

 

Avqustun 22-də Kravçuk bildirib ki, Ukrayna 1991-ci ildə son və ən qorxunc imperiya olan SSRİ-ni dağıtdığına görə fəxr edə bilər. Keçmiş prezidentin sözlərinə görə, əgər Ukrayna vətəndaşları 1991-ci ildə referendumda müstəqilliyə səs verməsəydilər, çətin ki, SSRİ-nin mövcudluğunun dayandırılması və MDB-nin yaradılması haqqında müqavilə (Belovejski müqaviləsi – red.) imzalanardı.

 

8 dekabr 1991-ci ildə imzalanan sənədlərə Kravçukdan başqa, Rusiya prezidenti Boris Yelsin və Belarus Ali Sovetinin sədri Stanislav Şuşkeviç imza atıb. Müqavilənin imzalanmasından bir neçə gün sonra ona daha səkkiz respublika qoşulub. Dekabrın 25-də isə Qorbaçov prezident postundan istefa verib.

 

Xatırladaq ki, SSRİ-nin ilk və yeganə prezidenti Mixail Qorbaçov iki ilk əvvəl – Belovejski müqaviləsinin 23-cü ildönümündə də Rusiyanın keçmiş prezidenti Boris Yelsini ittiham edərək onun xəyanətindən danışıb.

 

Qorbaçov Belovejski müqaviləsindən sonradan xəbər tutduğunu bildirib.

 

Qorbaçovun sözlərinə görə, 1991-ci ilin dekabrında Rusiya prezidenti Boris Yelsin Ukrayna prezidenti ilə ikitərəfli görüş üçün Belarusa gedəcəyini deyib. Beləliklə, Belovejski razılaşması Qorbaçovdan gizli imzalanıb.

 

Yelsinin SSRİ-nin keçmiş prezidentə “xəyanəti” bununla bitməyib. Rusiya prezidenti Belovejski razılaşmasının imzalanmasından dərhal sonra bu barədə Qorbaçovdan əvvəl ABŞ prezidenti ata Corc Buşa məlumat verib. Mixail Qorbaçovun sözlərinə görə, o, SSRİ-nin saxlanılmasının tərəfdarı olsa da, ittifaqın dağılması üzrə gizli iş aparılıb.

 

Keçmiş prezident bildirmişdi ki, o, SSRİ-nin dağılmasına maneə olduğundan MDB “Qorbaçovu duzlamaq üsulu” idi. O, həmçinin qeyd etmişdi ki, ittifaqın başçısı vəzifəsindən getməklə düzgün addım atıb: “Mən ölkəni vətəndaş müharibəsinə aparmağa və qan tökməyə risk edə bilməzdim. Ölkə silahla, xüsusən nüvə silahı ilə dolu idi”.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

6 + 13 =