Ev Sosial “Müğənniliyə aidiyyatı olmayanlar, buyurub getsin bədənini nümayiş etdirsin”

“Müğənniliyə aidiyyatı olmayanlar, buyurub getsin bədənini nümayiş etdirsin”

0
499
"Elə bilməyin ki, mənim dilim yoxdur" - Lalə əsəbiləşdi

Əməkdar artist Lalə Məmmədova şou-biznesdə açıq-saçıq geyinənləri tənqid edib.

Sənətçi “ATV Maqazin 10larla”ya müsahibəsində belə geyinənlərə ultimatum göndərib:

“Müğənniliyə aidiyyatı olmayanlar modeldirsə, buyurub getsin bədənini nümayiş etdirsin, onun işi odur. Söhbət sənət adamından gedirsə, onun ilk öncə sənəti olmalıdır, geyim sonra gəlir. Əgər mən mahnı oxuyuramsa və bunun müqabilində pul qazanıramsa, mən artıq şou-biznesdəyəm. Sənətçi sənətiylə sözünü deyirsə, onun paltarındakı açıq-saçıqlıq mənim gözümə görünməyəcək”.

L.Məmmədova daha sonra onun qeybətini edənlərə də ismarış göndərib:

“Bir yerdə çörək kəsə bilirsiniz, amma sözü deyəndə gedib arxada danışırsınız. Sözün varsa, deyib-güldüyün adi vaxtlarda çək qırağa, sözünü de. Kiməsə sözüm varsa, onun üzünə deyəcəyəm. Kamera qarşısında deməyi sevmirəm. Şou-biznesin hər hansı qalmqalından məni uzaq görürsünüzsə, o demək deyil ki, mənim dilim yoxdur. Mən Laləyəm. Siz kimisə yenidən tərbiyələndirə bilərsiniz? Yox, o dünyaya elə gəlib, elə tərbiyə alıb. Ona ən gözəl dərsi həyat keçə bilər. Həyatımızda elə insanlar var ki, onu artıq mənfi-müsbətləri ilə, olduğu kimi qəbul eləmişəm. Bilirəm ki, bu insandan artıq heç nə gözləmək lazım deyil. Onda yaşamaq rahat olur”.Ölkə.az

BIR CAVAB BURAXIN