Qeyri-leqal miqrantlar ABŞ-dan Kanadaya axışır

0
599

1424685193_miqrantiAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın «immiqrasiya fərmanı»ndan qorxuya düşən miqrantlar deportasiyadan yaxa qurtarmaq üçün qonşu Kanadaya axın edirlər. Burada hələlik köçkünlərə loyal münasibət yaşanır.

Bu ərəfədə ABŞ-ın Minnisota ştatı ilə həmsərhəd olan Kanadanın Manitoba əyalətində 27 nəfər sərhədi keçib. Manitobanın Baş naziri Brayan Pallister artıq vəziyyət barədə federal hökumətə məruzə edib. Ancaq hələlik Kanada hökuməti sərhəd nəzarətini gücləndirməyi planlaşdırmır.

Ba zaman Suriyadan olan uşaqlı gənc ailənin bəxti gətirməyib – Nyu-York ştatı ərazisindən Kanada ilə sərhədi Kvebeq bölgəsində keçməyə cəhd göstərərkən, onları saxlayıblar. Ailə 15 dərəcə şaxtada qarlı havada piyada gedirmiş.

Kanadanın sərhəd xidmətinin məlumatına görə, 2016-cı ilin aprelindən dekabrına qədər Minnista-Manitoba sərhəd zolağını 410 nəfər miqrant keçib. Buna baxmayaraq, Mannitoba hökuməti «əyalətin dünyanın hər yerindən olan insanlar üçün ümid evi olmaqda davam etdiyi» vədini verir.

ABŞ-la arasında olan müqaviləyə əsasən, Kanada ABŞ-dan olan qaçqınları deportasiya etməlidir, belə ki, indiyə qədər onlar ABŞ ərazisində heç bir təhdidə məruz qalmayıblar. Ancaq hüquq müdafiəçiləri hesab edirlər ki, Trampın «immiqrasiya fərmanı» ilə əlaqədar olaraq, müqaviləyə yenidən baxıla bilər.

BIR CAVAB BURAXIN