Ermənistan Lukaşenko və Putini qorxutdu

0
558

Hazırda İrəvanda baş verən hadisələr bütün postsovet məkanında həyəcanla izlənilir. Dövlət başçısının küçənin təzyiqi ilə getməsi pis işarədir. Bütün postsovet, Avrasiya adlandırılan məkanda bu vəziyyət uzunmüddətli liderləri çox narahat edir.

Bu sözləri erməni politoloq Ruben Meqrabyan deyib.

“Rəsmi Minsk İrəvanla bağlı həftə ərzində artıq 2 dəfə danışıb – əvvəlcə Andrey Kobyakov, daha sonra isə Lukaşenkonun timsalında. Rusiyada isə hələlik Kiyev Maydanı ilə İrəvan operası arasında fərq görürlər. Ancaq hadisələr nəzarətdən çıxaraq Ukraynanı xatırlatmağa başlasa, Rusiya Paşinyanı ABŞ-ın oyuncağı kimi təqdim edəcək təbliğat maşınını işə salacaq.

“Ümid edirik və səmimiyyətlə istəyirik ki, vəziyyət yalnız qanuni yollarla və konstitusiyaya uyğun inkişaf edəcək. Bütün siyasi qüvvələr məsuliyyətə və konstruktiv dialoqa hazır olacaqlar”, – Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova İrəvandakı hadisələrlə əlaqədar bu cür quru bir şərh verdi.

“Rusiya üçün hansı qanadlardan kimin dövlətin rəhbərliyində olmasının fərqi yoxdur: vəziyyət onun üçün alternativsiz olacaqdır. Ter-Petrosyan Rusiya əleyhdarı olaraq gəldi, ətrafa baxdı, vəziyyəti qiymətləndirdi və rusiyalı oldu”, – Vladimir Jarixin hesab edir.

2011-ci ildə Paşinyan amnisiya ilə həbsdən çıxdı və bundan sonra onun siyasi kariyerası yüksəlişə keçdi. Ermənistan hazırda olan kimi aksiyalar əvvəllər də keçirilib, küçələrdəki sima isə ilk dəfə peyda olub. Bu cür ssenaridən Lukaşenko da, Putin də qorxuya düşüblər.

Nikol olmasaydı, Sərkisyan hələ uzun müddət partiyaya da, ölkəyə də rəhbərlik edə bilərdi”, – Meqrabyan qeyd edib. Axar.az

BIR CAVAB BURAXIN