Qaret Beyl “El-Klasiko”ya hazırdır

0
614

Qaret Beyl “El-Klasiko”ya hazırdır

İspaniya La Liqasının 33-cü turunda “Real” əzəli rəqibi “Barselona”nı qəbul edəcək.

Madrid klubunun çalışdırıcısı Zinəddin Zidan “El Klasiko”dakı qələbənin çempionluğun taleyinə aydınlıq gətirməyəcəyini deyib:

“Barselona”nı məğlub etməyimiz çempionluğun taleyinə aydınlıq gətirməyəcək. Bu, sadəcə, bir oyundu. Bu qarşılaşmadan sonra daha 6 matç olacaq. Hər oyunda olduğu kimi bu oyundan da 3 xalla ayrılmağı hədəfləmişik. Bu cür oyunlarda nə olacağını əsla təxmin edə bilməsiz. İlk oyunda uzatma dəqiqələrində məğlubiyyətdən xilas olmuşduq”.

Zidan komandanın aparıcı futbolçusu Qaret Beylin “El Klasiko”ya hazır olduğunu da sözlərinə əlavə edib.

Qeyd edək ki, “Real” – “Barselona” oyunu bu gün saat 22:45-də başlayacaq

“Qafqazinfo”

BIR CAVAB BURAXIN