Ata övladlarına 2,5 ton pul mirası qoydu

0
604

 

 Almaniyanın Bremerferde şəhərinin sakini ölümündən sonra övladlarına qoyduğu mirasla  məşhurlaşıb.
Ömrü boyu yük maşınında sürücü işləmiş ata  uşaqlarına 2,5 ton ağırlığında qəpik pul miras qoyub. Bütün qəpikləri banka daşımaq üçün  yük maşını lazım gəlib. Bütün monetlər 1 və ya 2 pfenniq nominalında olub. Bu valyuta 2002-ci ildə tədavüldən qalxıb. Ata bu pulları 30 il ərzində toplayıb. Banka gətirilən bu  qəpiklərin sayılması bir bank işçisinə  tapşırılıb, o hər gün  pulu saymaq üçün 1 saat vaxt sərf edib və yarım ilə ərzində bu prosesi baş çatdırıb.  Atalarından övladlarına 8 min avro miras qalıb.

Bizim Yol

BIR CAVAB BURAXIN