Qanunsuz abort edənlərə iki il həbs cəzası

0
448

Azərbaycanda qanunsuz abort etməyə görə yeni cəza növü tətbiq ediləcək.

 

Report-az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilir.

 

Məcəllənin 196.3-cü (Qanunsuz abort etmə) maddəsinə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda və xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etməklə zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda 2 min manatdan 3 min manatadək miqdarda cərimə tətbiq ediləcək. Yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

 

Dəyişikliklə yeni cəza növü olaraq, maddənin sanksiyasına 2 ilədək azadlığın məhdudlaşdırılması əlavə olunur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

seventeen − six =