Bakıda “Range Rover”li qadın mühafizəçini necə ölümcül döydürdü…

0
568

Bakının Zərifə Əliyeva küçəsində, “Marriott Absheron” otelinin arxasında yerləşən elit yaşayış kompleksinin həyətinin mühafizəçisi “Range Rover”li qadının qəzəbinə tuş gəlib və ölümcül döyülüb.

Virtualaz.org xəbər verir ki, criminal.az saytı bu hadisənin bəzi təfərrüatlarını yazıb. Bildirilirdi ki, hadisə bir neçə gün əvvəl baş verib.

Kimliyi göstərilməyən gənc qadın idarə etdiyi ”– — 003” dövlət nömrə nişanlı son model ”Range Rover” markalı avtomobilni Z.Əliyeva küçəsində park etmək istəyib. Lakin parklama üçün nəzərdə tutulan ərazidə boş yer olmadığından maşını yaşayış kompleksinin həyətinə sürüb. Binanın mühafizəçisi isə həyətdə maşın saxlamağın qadağan olunduğunu deyib.

Bu zaman sözügedən xanım kiməsə zəng edərək mühafizəçidən şikayətlənib. Az sonra qara ”AA” dövlət nömrə seriyalı ”Mercedes” markalı avtomobillə iki nəfər həmin yerə gəlib. Onlar mühafizəçini huşunu itirənədək döyüb, sonra isə maşına əyləşərək ərazini tərk ediblər. Yerdə qan içərisində olan mühafizəçini təcili yardım maşını xəstəxanaya aparıb. Məlum olub ki, mühafizəçini döyən şəxs elə sifarişi  verən qadının əridir. O, hadisədən sonra həbs olunub.

BIR CAVAB BURAXIN