Türkiyənin “Qalatasaray” klubu baş məşqçi Yan Olde Rikerinklə yollarını ayırıb.
“Report” xəbər verir ki, 53 yaşlı holland mütəxəssis komandanın son vaxtlar uğursuz nəticələrinə görə istefaya göndərilib.
Bununla bağlı qərar klubun Direktorlar Şurası tərəfindən qəbul olunub. İstefa bu gün rəsmən açıqlanacaq.
Rikerink “Qalatasaray”ı ötən ilin martında qəbul edərək həmin çempionatı 6-cı yerdə bitirib və ölkə kubokunu qazanıb. Cari çempionatda 3-cü yerdə gedən komanda lider “Beşiktaş”dan 5 xal geri qalır.