Henrix Mxitaryan “Arsenal”ın heyətində Bakıya getməyəcək

0
653

Futbol üzrə Ermənistan yığmasının kapitanı və Londonun “Arsenal” futbol klubunun oyunçusu Henrix Mxitaryan  “Qarabağ”la oyun üçün Bakıya getməyəcək.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Mxitaryan özünün Tvitter səhifəsində yazıb. Mxitaryan Bakıya getməməsənin səbəbini özününü təhlükəsizliyini təmin etmə niyyəti ilə əlaqələndirib.

Xatırladaq ki, Azərbaycanın işğal edilən ərazisinə getdiyinə görə Mxitaryanın adı Xarici İşlər Nazirliyinin qara siyahısına salınıb və o istəsəydi belə, yenə də Bakıya getməsi üçün ona viza verilməyəcəkdi. Bu, futbolçunun özünə də öncədən məlum idi.

Əziz Mustafa

 

 

 

BIR CAVAB BURAXIN