Qadın maşınla piyadaların üstündən keçdi

0
552

Rusiyanın Vladivostok şəhərində qadın sürücü idarə etdiyi “Toyota Kemri” avtomobilini yolu keçən piyadaların üstünə sürüb.

Axar.az xəbər verir ki, yayılan videogörüntüdə qadının işıqforun qırmızı işığında dayanmadığı və 4 piyadanı vurduğu aydın görünür.

Rusiya Daxili İşlər Nazirliyinin Primorsk vilayəti şöbəsi hadisəni törədən şəxsin 46 yaşlı qadın olduğunu və xəsarət alanlardan iki nəfərinin xəstəxanaya yerləşdirildiyini bildirib.

BIR CAVAB BURAXIN