Aşıq Ədalət BİABIR ETDİ: “Yekə arvaddı, sevgilisiylə…”

0
535

11

Ustad aşıq Ədalət Nəsibov qəzəblənib.

Ürəyini Publika.az-a boşaldan ustad sənətkar şou-biznesin qalmaqal edən, şəxsi həyatını gündəmə gətirən müğənnilərini yıxıb-sürüyüb:

“Onların əlindən televizora baxa bilmirəm. Yekə arvaddı, efirə çıxıb sevgilisiylə görüşməyindən, əriylə dalaşmağından danışır. Camaatın nə işinə qalıb sən ərinlə nə iş görürsən, sevgilinlə necə görüşürsən? Gəl çıx verilişə, mahnını oxu, sənətindən danış, çıx get evinə də. Nə vermisən bu tamaşaçılara ala bilmirsən? Məni danışdırmayın e, indi söyüb-sulayacam, sonra da düşəcəklər üstümə”.

Aşıq dinlədiyi müğənnilərin adını da çəkdi:

“Mən Mələkxanıma, Gülyaz, Gülyanaq bacılarına qulaq asıram. Qalanları oxumur. Ərindən, sevgilisindən danışıb, özünü gündəmə gətirir. Elələrini efirə buraxmaq lazım deyil”.

Cəvahir

BIR CAVAB BURAXIN