PUTİNİN BÖYÜKLÜK ARZUSUNA NÖVBƏTİ ZƏRBƏ – Rusiya idman sanksiyaları ilə üz-üzə

0
328
Russian President Vladimir Putin gestures as he speaks to the media after talks with Ukrainian President Petro Poroshenko in Minsk, Belarus August 27, 2014. Poroshenko promised after late-night negotiations with Putin to work on an urgent ceasefire plan to defuse the separatist conflict in the east of his former Soviet republic. The first talks between the two leaders since June were described by Putin as positive, but he said it was not for Russia to get into the details of truce terms between the Kiev government and two rebel eastern regions. REUTERS/Alexander Zemlianichenko/Pool (BELARUS - Tags: POLITICS)

Maliyyə və siyasi sanksiyalardan sonra növbə idmana çatdı. Rusiya idmançılarına bu ilin avqust ayında Rio de Janeyroda keçiriləcək olimpiya oyunlarında iştirak etməyə imkan verilməyə bilər.

Yekun qərarı Beynəlxalq Olimpiya Komitəsi verəcək. Lakin Beynəlxalq Yüngül Atletika Federasiyalar Assosiasiyası dopinq skandalından sonra, ələ alınmış tədbirlərin qüvvədə qalmasının tərəfdarı kimi çıxış edib. Vladimir Putin üçün pis xəbərlər daha çoxdur. Diplomatik təcriddən sonra Rusiya idmanda da kənara itələnilir.

Adətən Rusiyanın anti-Qərb davranışını aktiv tənqid edən Putin, “Rusiyanın Davosu” sayılan Sankt-Peterburq iqtisadi forumunda hamının təəccübünə səbəb olacaq şəkildə özünü daha çox barışdırıcı üslubda apararaq, vəziyyətə bu cür reaksiya verib:“Ədalətsizlikdir. Amerika nəhəng dövlətdir. Yəqin ki, bu gün yeganə super dövlətdir. Biz bunu qəbul edirik. Biz, Birləşmiş Ştatlarla işləməyə hazırıq və bunu istəyirik”.

Rusiya idmançılarının gələcək olimpiya oyunçuları sırasından çıxarılması (hətta qismən olsa da), idman yarışlarında milli bayrağın dalğalanmaması və sairə, bütün bunların hamısı, idman nüfuzu da daxil olmaqla, güclü lider kimi irəliyə atılan dövlət rəhbərinə qarşı ağır zərbədir. “Levada- mərkəz”in apardığı rəy sorğusuna görə, demək olar ki, rusiyalıların üçdə biri (29%) ölkənin idman nailiyyətini qürür mənbəyi hesab edir.

– Böyüklük arzularının solğunlaşması

Milyardlarla avronun axıdılması nəticəsində 2014-cü ildə Soçidə qış olimpiya oyunları keçirildi. Bu olimpiyada özünəməxsus şəkildə ölkənin qüdrətinin nümayişi idi. Putin öz imicini möhkəmləndirməli olacaq həmin oyunların təşkilində şəxsən iştirak etmişdi.

Qara dəniz sahilində yerləşən olimpiya şəhəri Soçi, Putinin diplomatik paytaxtına çevrilib. Burada o çoxsaylı xarici ölkə başçılarını qəbul edib. Bu strategiyanın ikinci elementi 2018-ci ilin yayında Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatıdır. Amma məsələ ondadır ki, prezidentin böyüklük arzuları burada da nəzərəçarpacaq dərəcədə solğunlaşıb.

İlk əvvəl dünya çempionatının keçirilməsinə nail olunması hüququ ərtafında Rusiyanın üzərində korrupsiya şübhəsi dolaşmağa başladı. Digər tərəfdən isə rusiyalı azarkeşlərin Fransada keçirilən futbol üzrə Avropa çempionatındakı davranışları, prezidentin arzuladığı idman xalqı obrazına ləkə gətirdi (onun özü idman geyimində, kimanoda və xokkey formasında görünməkdən xoşlanır).

Fransız jandarmı tərəfindən rusiyalı azarkeşlərin avtobusunun saxlanılması, Rusiya polisinin verdiyi məlumat əsasında həyata keçirilib. İyirmi futbol xuliqanı ölkədən çıxarılıb, üç nəfər isə həbs olunub.

– Münasibətlərdəki çat qalmaqdadır

Qərblə qarşıdurmasında Rusiyanın bu cür qurban kimi təqdim edilməsi, əhalinin narazılığının önünü almağa imkan verir. Sankt-Peterburq forumu zamanı Çin şirkətlərinin birinin gənc əməkdaşı olan Yevgeninin söylədiyi kimi, bu “Stokholm sindromu”dur və problemlər nə qədər çox olduğca, Putinin dəstəyi də bir o qədər artır (Stokholm psixoloji sindromdur).

Lakin öz əlində daha çox hakimiyyət cəmləşdirən Kremlə qarşı idmanda göstərilən qırmızı vərəqlərlə yanaşı, xroniki iqtisadi böhran da əlavə olunur. Neftin qiymətinin çöküşü və Qərb sanksiyaları fonunda 2014-cü ildə ölkə iqtisadi tənəzzülə qərq oldu. Çox güman ki, bu ilin sonunda Rusiya mənfi vəziyyətdən çıxacaq, ancaq ölkə Brejnev dövründəki kimi durğunluq halında qalacaq.

“Rusiya Davosu”nun kluarlarında rəhbərliyin həyəcanı demək olar ki, havalarda uçuşurdu. Həm də bu forum xüsusi bir nəticə olmadan başa çatdı. Halbuki forumda xeyli sayda xarici müəssisə rəhbərləri iştirak edirdi. Sanksiyaların tətbiqindən sonra Avropa komissiyasının başçısı Jan–Klod Yunkerin forumda iştirakına və əlaqələrin yoluna qoyulmasına cəhd kimi hər iki tərəfdən barışdırıcı bəyənatların verilməsinə baxmayaraq, hiss olunur ki, münasibətlərdə yaranmış çat əvvəlki kimidir.

– Durğunluq

Fransanın keçmiş prezidenti Nikola Sarkozi foruma “dost” kimi gələrək, təklif edib ki, ilk olaraq Rusiya Avropanın kənd təsərrüfatı mallarına qarşı qoyduğu embarqonu götürsün. Lakin onun bu təklifinə nəzakətli şəkildə yox deyilib. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya xeyriyyəçiliklə məşğul olmur.
Keçmiş maliyyə naziri Aleksey Kudrin isə öz növbəsində oliqarxlar haqqında deyib:”Oliqarxlar hakimiyyətə təsir edən adamlardır. Bu gün onlar sadəcə olaraq varlı adamlardır. Bu sözün ilkin mənasında işləndildyi kimi həmin adamlar əslində heç oliqarx deyillər”.

May ayının sonunda Putin Aleksey Kudrinə iki ildir ki, toplaşmayan iqtisadi şuraya rəhbərlik etməyi tapşırıb. Buna paralel olaraq iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Rusiyada hökm sürən iqtisadi durğunluq barədə xəbərdarlıq edərək deyib ki, Vladimir Putinin ilk iki prezidentlik dövründəki spekulyativ böyüməyə qayıtmaq, praktik baxımdan indi mümkün deyil.

(Le Monde-Fransa)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

7 + 18 =