Ali Radada dava baş verib

0
609

Millət vəkili güc tətbiq edərək “Müxalifət blok”undan olan deputatın çıxışının qarşısını almağa çalışıb

Ukrayna Ali Radasında deputatların davası baş verib.“Report” “112.ua” saytına istinadən xəbər verir ki, millət vəkili Vladimir Parasyukun güc tətbiq edərək “Müxalifət blok”un üzvü Dmitriy Kolesnikovun çıxışının qarşısını alması cəhdi davaya səbəb olub.

D.Kolesnikovun çıxışı Lvov şəhərinin meri Andrey Sadovoyun fəaliyyətinə həsr olunub. O, çıxışında Lvovda zibilliklərlə əlaqədar vəziyyətdən və şəhər sakinlərinin etiraz aksiyalarından söz açıb. V.Parasyuk isə bu çıxışı təmsil etdiyi regionun daxili işlərinə müdaxilə kimi qiymətləndirib.
Ali Radanın spikeri Andrey Parubiy həmçinin D.Kolesnikovun çıxışını tənqid edərək, onu “Rusiya təbliğatı” adlandırıb.
“Sizə çıxışı bitirməyə imkan verməyəcəyəm, çünki siz Ukrayna parlamentindəsiniz. Ukrayna əleyhinə təbliğat aparmaq istəyirsinizsə, RF-nın parlamentinə gedib orada çıxış edin”, – Parubiy qeyd edib.

BIR CAVAB BURAXIN